SON DƏQİQƏ

Bir ailənin 5 üzvü qəzaya düşdü

Tarix:21-09-2022, 09:36 | Oxunub: 82

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.


"doğru.tv" xəbər verir ki,  hadisə Bakı-Qazax magistral yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, təmir aparılan yol ilə hərəkətdə olan minik avtomobilin idarəetmədən çıxaraq yola tökülən çınqıl topasına çırpılması nəticəsində bir ailənin 5 üzvü, sürücü Nəriman Abbasov, Ruqiyyə Abbasova (1997), Xuraman Abbasova (2000), Aytac Abbasova (2002) və Elmira Abbasova (2014) xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ