SON DƏQİQƏ

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Tarix:16-08-2022, 11:27 | Oxunub: 67

"doğru.tv" xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. 


Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Arif Həsənov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirilmiş uzunluğu 3 metrədək olan 25 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ