SON DƏQİQƏ

Quba polisi kollec tələbələrinə narkotik vasitələrin öldürücü təsirlərindən bəhs edib

Tarix:12-10-2022, 17:44 | Oxunub: 579

Quba polisi kollec tələbələrinə narkotik vasitələrin öldürücü təsirlərindən bəhs edib.

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Quba Dövlət Sosial-İqtisadi Kollecində "Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, təhsil şöbəsinin nümayəndəsi, kollecin pedaqoji heyəti və tələbələr iştirak ediblər.

Görüşdə çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin, ötən müddət ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərlə mübarizə tədbirləri sahəsində görülmüş işlərdən danışılıb və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.

"Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edən polis mayoru R.Hüseynov gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
 
Atayeva Günay.
  "doğru.tv".
 
Quba polisi kollec tələbələrinə narkotik vasitələrin öldürücü təsirlərindən bəhs edib
Quba polisi kollec tələbələrinə narkotik vasitələrin öldürücü təsirlərindən bəhs edib
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ