SON DƏQİQƏ

Salyanda "Diqqət, uşaqlar” hərəkətin təhlükəsizliyi adlı tədbir keçirilib

Tarix:12-10-2022, 16:54 | Oxunub: 573

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2022-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində "Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "doğru.tv"- yə verilən məlumata görə, bu istiqamətdə Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən A.Əliyev adına Aşağı Kürkənd tam orta məktəbində hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib. 
Tədbirdə çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş leytenantı Orxan Həsənov bildirib ki, bu cür marifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdır. O, şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçirlərinin əhəmiyyətindən danışıb, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verib. Şagirdlərə hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını başa salan O.Həsənov, yol ayrıclarında piyada keçidlərindən istifadə etmələri bildirib. 
Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub. Təhsil müəssisəsinin ətrafında yerləşən yolda davam edən tədbirdə, şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyələr verilib. 
 
Atayeva Günay.
  "doğru.tv"
 
Salyanda "Diqqət, uşaqlar” hərəkətin təhlükəsizliyi adlı tədbir keçirilib
Salyanda "Diqqət, uşaqlar” hərəkətin təhlükəsizliyi adlı tədbir keçirilib
Salyanda "Diqqət, uşaqlar” hərəkətin təhlükəsizliyi adlı tədbir keçirilib
Salyanda "Diqqət, uşaqlar” hərəkətin təhlükəsizliyi adlı tədbir keçirilib
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ