SON DƏQİQƏ

Quba icra başçısı Şəhid Ümüd Həsənovun anası ziyarət etdi

Tarix:21-09-2022, 14:12 | Oxunub: 147

20 sentyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev 12-14 sentyabr 2022-ci il tarixlərdə düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Ümid İlqar oğlunun anası Həsənova Məxfurə Ağakərim qızını İsnovqışlaq kəndində evində ziyarət etmiş, onun qayğıları ilə maraqlanmış, şəhidin anası və yaxın qohumları ilə növbəti yas mərasimlərinin təşkili, şəhidin məzar daşının qoyulması və digər məsələlərlə bağlı məsləhətləşmələr aparmışdır. Görüş zamanı şəhidimizin anası və yaxın qohumları ilk gündən etibarən ailəyə göstərilən yüksək diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ümumilikdə ölkə rəhbərliyinə, Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə və ailəyə qayğılarını əsirgəməyən hər bir kəsə təşəkkürlərini bildirmişlər.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ