SON DƏQİQƏ

Qazini təhqir edən aparıcı üzr istədi

Tarix:28-07-2022, 15:37 | Oxunub: 271

Aparıcı Azər Zahid gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevdən üzr istəyib.


"dogru.tv" xəbər verir ki, tanınmış aparıcı TikTok hesabında canlı yayıma çıxaraq qazidən dəfələrlə üzr istədiyini deyib.

Xatırladaq ki, Azər Zahid sosial şəbəkədə yayılmış videosunda qazi Amil Əliyevə içində pul olan zərfi verərkən "onsuz da saya bilməyəcəksən" deyə ifadə işlədib. Onun bu sözləri sosial şəbəkələrdə müzakirəyə səbəb olub və aparıcı qınanılıb. Onu da qeyd edək ki, qazi Amil Əliyev İkinci Qarabağ müharibəsində minaya düşərək iki gözünü itirib və o, 3 gün komada qalıb. 
 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ