SON DƏQİQƏ

Azərbaycanda yeni doğulan körpələr....

Tarix:26-07-2022, 17:26 | Oxunub: 269

Azərbaycanda yeni doğulan körpələr: hökumətin birdəfəlik yardımına nə almaq olar?

"O gün oturub fikirləşirdim ki, kaşanın sonuncusudur, bu gün verdim, bəs, sabah nə verəcəm bu uşağa? Düşünürdüm ki, çörəyi çayda-suda əzib verərəm, yeyər. Bircə ac qalmasın”, - bu, Masallıda yaşayan Nərmin Həsənovanın 5 aylıq körpəsini doydurmaq planıdır.  

Nərmin Həsənova bir çox ana kimi, Azərbaycanda yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətdən və daimi uşaq pulunun olmamasının gənc anaya yaratdığı sıxıntılardan gileylənir. 
"Bir də baxdım anam zəng edir ki, kaşanın hansından alım gətirim? Ümumiyyətlə, çox olur ki, pis vəziyyətdə qalıram. Bax, o dəfə 3-4 bezi qalmışdı. Qardaşımın körpə qızının böyük ölçüdəki bezini bağladım”, - o, söhbətinə davam edir. 

Nərmin Həsənova övladı doğulanda 300 manat "südpulu” alıb, amma bu məbləğ uşağın təməl ehtiyacları üçün "yetərli olmayıb".
O pul uşaq ana südü ilə kifayətlənmədiyi üçün yeməyə, pampersə və vacib dərmanlara getdi”, - Nərmin deyir. 

Üç ay əvvəl həyat yoldaşını itirən Nərmin körpəsinə baxdığı üçün işləyə bilmir. O, ara-sıra bəzi xırda işlər görərək pul qazanmağa çalışsa da, söylədiyinə görə, bu onların ehtiyaclarını qarşılamır.
Bu ildən artan müavinət
Azərbaycanda uşağın anadan olmasına görə xalq arasında "südpulu” adlanan birdəfəlik müavinət 2022-ci ilin yanvarında 200 manatdan 300 manata qaldırılıb. 

Azərbaycan hökuməti bildirir ki, bu məbləğ üç il əvvəlki məbləğlə müqayisədə 2,8 dəfə dəyişib. Yəni, 2019-cu ildə yenidoğulanlara ödənilən müavinət 109 manat olub.

İqtisadi təhlilçilər hesab edirlər ki, Azərbaycanın yeni doğulan körpələr üçün indiki məbləğdən "daha çox” birdəfəlik müavinət ödəmək imkanı var.

Millət vəkili Məlahət İbrahimqızı deyir ki, büdcə imkan verdikcə, hökumət həssas qruplar üçün ödənişləri artırır
"Paltarlar balacalaşır, dəyişmək lazımdır axı”
"Bir ay keçir, paltarlar balacalaşır, dəyişmək lazımdır axı. Yenə də ucuz, harada sərfəlisi var, onu almağa çalışıram, materialına da baxmağa çalışıram ee... Amma uşaq tez böyüyür deyə tez-tez almaq məcburiyyətində qalıram. ...Başqasının paltarlarını da geyindirirəm. Qaynımın yoldaşı uşağının bir səbət geyimini verib. Onlar mənə göydən düşmə kimi oldu”.

Ancaq gənc ananın xərcləri bununla bitmir, o bunları sadalayır:

"Şampun, sabun, yuyucu tozu, gündə 4-5 bez, nəm salfetlər, yemək qutusu - 1 həftəlik 5 manat, peçenye və sairə.
"Azərbaycanda formalaşmış gəlirləri əhali ilə bölüşmək istəmirlər”
İqtisadi təhlilçi Qubad İbadoğlu BBC News Azərbaycancaya deyir ki, bu gün Azərbaycanın hər doğulan uşağa görə daha yüksək məbləğdə birdəfəlik müavinət vermək imkanı var:

"Azərbaycanda formalaşmış gəlirləri əhali ilə bölüşmək istəmirlər. Ola bilsin ki, burada siyasi məqsədlər də var. Çünki əhalinin daimi ehtiyac içində olması onların daha asan idarəolunmasına gətirib çıxarır. Mən hesab edirəm ki, uşaqlara əhatəli qayğının göstərilməməsinin nə ideoloji, nə maliyyə, nə də demoqrafik əsası var”.  
Təhlilçi hesab edir ki, belə müavinətlər əksər ölkələrdə tətbiq olunur və bu, həm uşaqların gələcəyinə sərmayədir, həm də bir növ demoqrafik baxımdan doğumun stimullaşdırılması məqsədilə həyata keçirilir. 

"Azərbaycanda sadəcə ödəniş uzun müddət bundan da aşağı məbləğdə olub, yalnız son zamanlar artım baş verib”, - o deyir.  

Ancaq iqtisadçıya görə, bu artım da qənaətbəxş deyil. 

"Ölkədə onsuz da demoqrafik göstəricilər bu qənaətə gəlməyə imkan verir ki, ildən-ilə yeni doğulan uşaqların sayında azalma müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, onsuz da bunu həyata keçirməyə böyük büdcə tələb olunmur”.   
Qubad İbadoğlu hesab edir ki, əgər birdəfəlik müavinətlə yanaşı uşaqlara aylıq müavinətlər də verilsəydi, ilkin məbləğin az olması əsaslı görünərdi:

"Ancaq bilirsiniz ki, uşaqlar birdəfəlik ödənişdən sonra heç bir sosial qayğı və ödənişlə əhatə olunmurlar. Açığı deyim ki, bəzi ölkələrin, xüsusən sosial dövlətlərin təcrübəsində birdəfəlik ödənişlər çox olur. İndi Azərbaycan da Konstitusiya ilə sosial dövlət modelini seçib, amma bu yanaşma da göstərir ki, Azərbaycanın sosial siyasəti, uşaqlara qayğı siyasəti düzgün qurulmayıb”. 

2021-ci ildə Azərbaycanda 112 mindən çox uşaq dünyaya gəlib. 2020-ci ildə bu rəqəm 126 mindən çox olub. Bu göstərici 2019-cu illə müqayisədə 10 faiz azdır. Belə ki, 2019-cu ildə ölkədə doğulan uşaq sayı 141 mini ötüb.  

  "İmkanlara uyğun ”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyir ki, yenidoğulan uşaqlara birdəfəlik ödəmələrlə bağlı hər dövlət öz imkanlarına uyğun vəsaiti ayırır:

"Azərbaycanda da sözsüz ki, illərdir var. Sonuncu dəfə bu məbləğ bizdə 300 manat məbləğində müəyyənləşdirilib. Bu pul valideynin ailəsinə gələn uşaq üçün lazım olan təməl ehtiyacları - paltarlardır, bələkdir, digər lazımi əşyaların alınması üçündür”. 
dövlətdən sosial yardım almaq üçün müraciət etdikdə, mənə "həyat yoldaşından aliment istəməmisən" deyib, sosial müavinət təyinatından imtina etmişdilər. Ancaq burada mən evli olduğum halda dövlətə müraciət etdim ki, kreditə ev götürmüşük və dolana bilmirik. Gəldilər, evdə vəziyyətimlə tanış olduqdan sonra mənim bir uşağıma müavinət təyin etdilər”.   

Günay uşağa verilən müavinətin nəyə bəs edəcəyini sayır:

"Tək ana olaraq kirayədə qalsan, 1000-1500 lirə ona gedər, qalan pul kommunala gedər. Biz indi 4 nəfərlik ailəyik, nəzərə alsaq ki, həftədə 400-500 lirə yeməyə gedir, kirayə verməsəm, uşaqlarım o pulla ay ərzində dolana bilər”. 

Rusiya
Rusiyada yeni doğulan uşağa görə verilən müavinətlərin məbləği uşaqların və ailələrin yaşadığı əraziyə görə fərqlidir.  

Rusiya vətəndaşı olan Zərrintac Cəbizadə deyir ki, ki, Rusiyada uşaq doğulan kimi elə xəstəxanadaca analara 20 min rublluq (600 manat) yardım təklif olunur.

"Siz istəsəniz bu yardımı geyim, yemək formasında və ya pul şəklində də ala bilərsiniz”, - müsahibimiz deyir.

Zərrintac verilən pula təxminən nələr alına biləcəyini sadalayır:

"Həmin pulun 5-6 mininə ikinci əl işlənmiş kolyaska almaq olar. Ya da ümumi məbləğə uşağın təxminən 5 aylıq bezini”.

Zərrintac Cəbizadə deyir, bundan başqa "əgər ailədə ər və ya arvaddan hər hansı biri Moskva qeydiyyatındadırsa və yaşı 35-dən aşağıdırsa, o zaman bu ailədə doğulan birinci uşağa 70 min rubl (təxminən 2 min manat), ikinci uşağa 90 min, üçüncü uşağa isə təxminən 170 min rubl birdəfəlik yardım edilir”.

Birdəfəlik yardımlar bununla bitmir.

Rusiya hökumətinin vətəndaşın ölkənin hansı ərazisində qeydiyyatda olmasından asılı olmayaraq, daha bir yardımı isə uşaq doğulduqdan sonra analara təklif etdiyi 503 min rubldan başlayan birdəfəlik yardımdır.

Statista.com saytının məlumatına görə, Rusiya hökuməti birinci uşaqdan sonra 503 min, ikinci uşağa 665 min, əgər əvvəlki uşaqlara görə müavinət alınıbsa, digər sonrakı hər uşağa təxminən 161 min rubl birdəfəlik ödəniş edir.
Xəstəxanada uşağa ilkin bələk, bez, şampun və digər vacib ləvazimatlar verilir. İstədiyin qədər istifadə edə bilərsən. İstifadə etdiyin şeylərin çoxunu da sənə verirlər ki, evə aparasan, çünki bir uşaq üçün açılmış bir şeyi başqa uşaq üçün istifadə etmək istəmirlər”. 

Günel Mövlud deyir ki, hökumət gələcək anaya 7500 avro birdəfəlik müavinəti hamiləliyinin yeddinci ayının tamamında ödəyir.   

"Bu pul doğulacaq uşağın ilkin təməl ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulur”, - o vurğulayır.   

"Uşaq üçün lazım olan hər şey alınmalıdır. Uşaq sağlam, təhlükəsiz şərtlər altında böyüməlidir. O pul da onu nəzərdə tutur ki, uşaq ilk aylarında rifah içində yaşasın. Mən hər şeyin yenisini almışdım. Çarpayı, uşaq arabası, uşağı bələmək üçün altı şkaf olan masa aldım. Bankalar, südlər, uşaq yağı, losyonlar, şampunlar, bir yaşına qədər ehtiyacı ola biləcək, cürbəcür, rəngəbərəng paltarlar, oyuncaqlar, hər şey aldım. Norveç bahalı ölkədir. Yəni, hər şeyin təzəsi olmaqla və uşağın 1 yaşınadək bütün geyimlərini aldığım halda maksimum, deyəsən, beş min avro xərcləyə bilmişdim o puldan”, - xərclərini sadalayan yazıçı deyir.

Günel Mövludun sözlərinə görə, Norveç hökuməti xərcləri hesablayarkən, hətta oyuncaqları da nəzərə alır:

"Yeri gəlmişkən, oyuncaqlar mütləqdir. Uşaq oyuncaqla oynayan yaşdadırsa, oyuncaq almaq onun hüququdur. Sən uşağa oyuncaq almırsansa, bu sənə problem yarada bilər. Oyuncaqlar Norveçdə uşaqların təməl ehtiyaclarına daxildir, çünki burada uşaqlar təkcə təhlükəsiz və sağlam deyil, həm də xoşbəxt yaşamalıdırlar, bu onların hüququdur. Uşağın əyləncəsi üçün həftədə bir dəfə komputer, mütləq evdən kənara, kafe-restorana getmək lazımdır, digər fəaliyyətlər təşkil olunmalıdır, əgər valideynin imkanı çatmırsa, dövlət yenə bəzi fəaliyyətlərin pulunu ödəyir”.
Britaniya: uşaq sayına görə müavinət
Böyük Britaniya hökuməti doğulan uşaqlara görə birdəfəlik yardım yox, həftəlik müavinətlər verir.

Londonda yaşayan, iki uşaq anası Əfsanə Həmzəyevanın dediklərinə görə, Britaniyada iki növ ödəniş var: "Biri bütün uşaqların ala biləcəyi uşaq puludur. Orada isə ailənin ümumi gəliri illik 60 min funtdan (təxminən 122 min manat) artıq olmamalıdır. Səhv etmirəmsə, vətəndaş olmayan, lakin oturumu olanlara da şamil olunur”. 

O vurğulayır ki, hazırda Böyük Britaniyada uşaqlara say limiti qoyulur və ikinci uşaq birinciyə nisbətən daha az müavinət ala bilir. 

"Məsələn, 2022-2023-cü ildə birinci uşaq üçün həftəlik təxminən 22 (təxminən 45 manat-red.) funt hesablanıb. Hər doğulan əlavə uşaq üçün bu məbləğ 14 funtdan bir qədər artıq olur. İkinci ödəniş isə sosial yardım alan ailələrə şamil olunandır. Onlar bu müavinətlərin ikisini eyni anda da ala bilirlər. Üstəlik də, əvvəllər bu yardımları istənilən uşaq sayına ala bilirdilərsə, indi onu iki uşaq üçün verirlər”. 

Əfsanə xanım deyir ki, 2017-ci ildən əvvəl doğulan uşaqlara şamil olunan müavinət illik 500 funtdan çox olub.

"Ancaq indi iki uşaq varsa, ailəyə illik təxminən 3 min funt ödəyirlər. Əlilliyi olan uşaq üçün ödənilən müavinətin məbləği onun vəziyyətinə görə dəyişir: hər əlil uşaq 3500 funta qədər alır, əgər əlillik kəskin dərəcədədirsə, yəni özünü idarə edə bilmirsə, ona həm də 1430 funt ödəyirlər”.

Əfsanə xanım deyir ki, adi halda ödənilən həftəlik müavinətə, əsasən, qida almaq olar. 

"Burada konservə olunmuş və dondurulmuş müxtəlif qidalar satılır. 21 funta o qidalardan alıb bir həftə uşaqlarını qidalandıra bilərlər, amma bu, sağlam qida olmayacaq”.

Atayeva Günay.
"dogru.tv".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ