SON DƏQİQƏ

Ukraynada müharibə: Rusiya müvəqqəti atəşkəsə "əməl etmir"

Tarix:6-03-2022, 01:29

Ukraynanın şərqində elan edilən müvəqqəti atəşkəs rejiminin pozulduğuna görə Mariupol şəhərindən dinc sakinlərin təxliyəsi təxirə salınıb, Mariupolun şəhər bələdiyyəsi bildirir. Rusiya mediasına görə, mülkilərin şəhərdən çıxmasına Ukrayna "millətçiləri" mane olublar.

"Mariupolda atəşkəs yoxdur, vətəndaşlarımız çıxmağa hazırdır, lakin hücuma görə bunu edə bilmirlər", - Mariupol merinin müavini Sergey Orlov deyib.

Mariupol rəsmilərinə görə, Rusiya ilə razılaşdırılmış dəhlizlər üzərindən şəhərdən çıxmağa çalışan sakinlər dağılışıb, təhlükəsiz yerlərə sığınmalıdır.

Rusiya Müdafiə Nazirliyinə əsasən, şəhəri tərk edərkən mülkilər razılaşdırılmış çıxış yollarından istifadə etməyiblər, Rusiyanın dövlət mediası xəbər verir.

Nazirlik bildirib ki, Rusiya qüvvələri humanitar dəhlizlər yaratdıqdan sonra atəşə tutulub.

Şənbə günü Rusiya Müdafiə Nazirliyi Ukraynanın Mariupol və Volnovaxa şəhərlərində müvəqqəti atəşkəs və humanitar dəhlizlərin açılacağını elan edib.

Mariupol şəhərinin meri Vadim Boyçenko

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGESCOPYRIGHT

Şəklin alt yazısı,

Mariupol şəhərinin meri Vadim Boyçenko

Mariupolun meri humanitar dəhliz elan edildikdən sonra deyib ki, şəhər yalnız "küçə və evlər" deyil, o, həmçinin sakinlərin yaşadığı yerdir.

"İşğalçıların davamlı amansız atəşi qarşısında sakinlərə Mariupolu təhlükəsiz tərk etmək imkanı verməkdən başqa çıxış yolu yoxdur", - Vadim Boyçenko deyib.

Mariupol niyə vacibdir?

Ölkənin cənub-şərqində yerləşən Mariupol şəhəri mühüm dəniz limanıdır.

O, süquta uğrayarsa, Krım və Moskvanın tanıdığı Luhansk və Donetsk bölgələri arasında aramsız dəhliz yaratmaq mümkün olacaq.

450 min sakini olan Mariupol Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb və günlərlə güclü atəşə tutulur.

Zelenski Qərbi tənqid edib

Paylaşımını ötürün Instagram, 1

Paylaşımın sonu Instagram, 1

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsi üzərində uçuşsuz zona yaratmaq təklifini rədd edən Nato rəhbərliyini qınayıb.

Uçuşsuz zona Rusiya döyüş aviasiyanın hərəkətlərini məhdudlaşdırmalıdır - lakin Qərb bunun eskalasiyaya səbəb olacağını hesab edir.

Ukraynada əməliyyat plana "uyğun gedir"

Ukraynada əməliyyat plan, cədvəl üzrə davam edir, hər şey Rusiya Baş Qərargahının planlaşdırdığı kimidir, şənbə günü Vladimir Putin deyib.

Rusiya Prezidentinin sözlərinə görə, Rusiya ordusunun vəzifəsi Ukraynadakı hərbi infrastrukturu "məhv etmək" olub və əməliyyatın bu hissəsi, onun fikrincə, "faktiki olaraq başa çatıb".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ