SON DƏQİQƏ

“Açıq mikrofon” Qusarda - Fotolar

Tarix:29-07-2022, 18:20 | Oxunub: 324

Vətəndaşların qaz təsərrüfatına dair problemlərinin yerindəcə dinlənilməsinə xidmət edən "Açıq mikrofon” aksiyası çərçivəsində növbəti görüş Qusar rayonunda baş tutub.


"dogru.tv” xəbər verir ki, aksiyaya üz tutan sakinlər qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Vətəndaşlar "Səyyar qəbul otağı”nın imkanlarından istifadə edərək bir sıra kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması, küçələrə qaz xəttinin çəkilməsi, qaz sayğacının və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ediblər.

Birliyin məsul şəxsləri və Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların ünvanladıqları sualları cavablandıraraq lazımi izahatlar veriblər.

“Açıq mikrofon” Qusarda - Fotolar

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ