SON DƏQİQƏ

Həştərxana gedən təyyarə hava şəraiti səbəbindən Bakıya qayıtmalı oldu

Tarix:24-07-2022, 18:33 | Oxunub: 392

"Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.


"dogru.tv" xəbər verir kİ, bu barədə aviaşirkətin Mətbuat xidməti məlumat yayıb. 

bildirilir ki, təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ