SON DƏQİQƏ

Bakı Oksford məktəbnin üzərinə həbs qoyulub

Tarix:15-09-2022, 20:20 | Oxunub: 194

Rasim Məmmədovun həbsindən sonra onun özü və yaxınlarına məxsus təxminən 70 milyonluq əmlakların üzərinə həbs qoyulub.

185 milyonluq yeyintidə suçlanan Məmmədovun işində zərərçəkmiş statusunda onun vaxtilə rəhbərlik etdiyi "Baku Steel Company" tanınıb. Bu şirkətin nümayəndəsi də keçmiş zavod rəhbərinin işi üzrə məhkəmə prosesində iştirak edir. Cinayət işinin materiallarında iddia olunur ki, Məmmədovun əməlləri nəticəsində "Baku Steel Company"nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə ziyan dəyib.

Məktəb, zavod, bir neçə ev

Əgər məhkəmənin sonunda hakimlər Məmmədovun təqsirli olduğu qənaətinə gəlib onun haqqında ittiham hökmü çıxararsa, dəymiş ziyanın ödənilməsi üçün əmlaklar müsadirə edilə bilər. 

Həbs altında olan əmlaklar siyahısında Bakı Oksford Məktəbi, zavod, bir neçə ev, o cümlədən bir bağ evi var.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ