SON DƏQİQƏ

“Xocalı”FK nın direktoru uşaq alveri ilə məşğuldur? Jurnalist Elman Nigarandan şok iddialar

Tarix:21-08-2022, 15:37 | Oxunub: 665

"Fotoda gördüyünüz şəxs "Xocalı" fk-nın "prezidentidir". Ötən günlər ərzində çox düşündüm, məsləhət etdim, sonda qərara gəldim ki, İlkin Hacıyevlə hüquqi müstəvidə danışım."
Bu fikirlər jurnalist Elman Nigaran səsləndirib.
Dosye org saytının baş redaktoru Elman Nigaran daha sonra qeyd edib "Deməli, klub "prezidentini" 5 ildən artıqdır ki, tanıyıram. Allah şahiddir ki, tanıdığım müddət ərzində hansı köməklikləri göstərdim. Sən demə yanılmışam. Əslində, onun nəyə qadir olduğunu az da olsa hiss edirdim. Zaman keçdikcə yavaş-yavaş ondan uzaq durmağa çalışdım. Keçək mətləbə!
Komandada Murad və Ənvər adlı 2009-cu il təvəllüdlü futbolçular ən titullu klub olan "Qarabağ" fk -yə baxışa dəvət ediblər. Murad özünü daha yaxşı tərəfdən göstərərk klubun maraq dairəsinə düşdü. Əlbətdə ki, bir müəllim üçün qürur və sevinc hissindən başqa nə ola bilər?? 
Murad sözün həqiqi mənasında ən kasıb ailədə böyüyür. Ona dəstək olmaq şərəf idi.
Lakin İlkin Haciyev bilərəkdən onun qarşısına sipər çəkdi, "Qarabağ" klubuna isə ultumatum verdi. Futbol mutəxəsisləri mənim qeydlərimi daha yaxşı anlayar. Deməli, "prezidentin" daxilində kin, qısqanclıq Murad balanın keçidinə mane oldu. Məqsədi isə aydındlr. 12 yaşlı uşağı digər kuluba satmaq və pul qazanmaqdır. Nəhayət, bir müddət keçdikdən sonra 2009-cü il təvəllüdlü futbolçulara qapı göstərildi. Yəni, siz mənə lazım deyilsiz, çıxıb gedə bilərsiz. Həmən uşaqlarda istedad problemi olduğu üçün təbii ki, hansısa bir peşə sahibi olacaqlarına əminəm. Adıni qeyd etdiyim Murad, Ənvər və Ömər isə sırf futbolçu olacaqlarını qarşılarına məqsəd qoyublar. Bundan istifadə edən İlkin Haciyev "Sumqayıt" fk ilə danışığa girərək hər üç uşağı kluba ötürdü. Məlumatlara görə, "prezident" hər üç futbolçunun valideyinlərindən 1500 manat alaraq kənara çəkilib. Danışıqlara əsasən futbolçular klubda qalmalı, məşqləri davam etdirməli idi. Əfsüslər olsun ki, pulu ələ keçirən İlkin Haciyev gedəndən bir müddət sonra Ömər və Ənvər şəhərin gerida qalan klubların birinə göndərilir. Bu mövzü haqqında kifayət qədər arqumentlər və sübütlar gətirmək olar. Bir faktı qeyd edim ki, Ənvər adlı 12 yaşlı futbolçu şəxsən özü İlkin Haciyevin təkidindən sonra muqaviləyə imza atıb. Saxtakarlıqla pul qazanmağın da bir həddi olmalıdır. Hüquq mühafizə orqanlarına müraciət edilib. AFFA isə ağzına su alaraq susur. Nədən?
Bu gün isə klubla mənim ciddi problemim üzə çıxıb. Belə ki, mənim imzamı saxtalaşdıran "Xocalı" fk "prezidenti" İlkin Haciyev əməlli başlı qayaya rast gəlib.
Barəsində Abşeron Rayon Prokurorluğuna və AFFA-ya rəsmi şikayət etmişəm. Əgər faktlar sübüta yetirilərsə, rəhbər olduğu klub Azərbaycan çempionatına buraxılmayacaq. Özü isə qanunda nəzərdə tutulan maddə ilə cinayət məsüliyyətinə cəlb olunacaq. Ümumiyyətlə bu şəxsin bütün iç üzünü televiziya kanallarında müsahibə zamanı açıb tökəcəm. İmkan verməyəcəm ki, məndən sonra hansısa bir valideyin saxta işlərin qurbanı olsun. Əvvəl tanıdığım  Vüsal və Fikrət adlı valideyinlərdə bu cür iyrənc hadisələrlə qarşılaşıblar. Mən sübüt edəcəm ki, ödənişli klub heç bir təzminat tələb edə bilməz. Mən sübüt edəcəm ki, "prezident" uşaq alqı-satqı ilə məşğuldur. Mən sübüt edəcəm ki, müəllim adına ləkə olan şəxs valideyinlərin ünvanına alçadıcı sözlər harda işlədib? 
Bütün bunlara aydınlıq gətiriləcək..."

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ