SON DƏQİQƏ

"Uşaq bağçalarında ərzağa qənaət etdik, elmi tədbirlər keçirmədik, 20 milyon büdcədə qaldı"

Tarix:12-08-2020, 15:42 | Oxunub: 1 031

Maliyyə naziri Samir Şərifov deyib ki, pandemiyaya görə bəzi xərclərə qənaət edilib. Şoumen Kamran Həsənli toy sənayesinə dəymiş zərərdən danışıb, Prezident köməkçisi Hikmət Hacıyev toyların keçirilməsinə niyə icazə verilmədiyini açıqlayıb, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında

"Uşaq bağçalarında ərzağa qənaət etdik, elmi tədbirlər keçirmədik, 20 milyon büdcədə qaldı"

Çərşənbə günü parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib ki, pandemiyaya görə bəzi xərclərə qənaət edilib: "Məktəbəqədər təhsil müəssisələri pandemiyaya görə dayandırılıb. Onların ərzaq və kommunal xərcləri hesabına xeyli qənaət edilib".

Bu ilin büdcə xərclərinə yenidən baxılacaq.

Samir Şərifov deyib ki, ölkədaxili beynəlxaq elmi tədbirlərin təxirə salınmasıı üzrə 20 milyon manata qənaət edilib.

Amma nazir əlavə edib ki, büdcəyə yeni dəyişiklikdə koronavirus pandemiyasına görə səhiyyə xərcləri "rekord səviyyədə" artılacaq.

Samir Şərifov deyib ki, pandemiya ilə bağlı əvvəlki iqtisadi paketdə nəzərdə tutulan dəstəyə müəyyən dəyişikliklər edilə bilər. Onun sözlərinə görə, bilavasitə zərərçəkmiş sahələrə yenidən baxılacaq.

Hikm
 

Toylar niyə icazə verilmir?

Prezident köməkçisi Hikmət Hacıyev bildirib ki, toyların keçirilməsinə icazə verilməməsinin "sırf güclü epidemiloji əsasları" mövcuddur.

"Nəzərə alsaq ki, toyların keçirilməsi şəraitindən hamımız tanışıq, yəni qapalı bir məkanda, kondensasiya sisteminin işlədiyi bir şəraitdə 100-200 və daha artıq insanların bir araya cəmləşməsi və onların da yaxın təmas şəraitində fəaliyyət göstərməsidir", o, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində toyların bərpa olunması məsələsinə toxunarkən deyib.

Kamran Həsənli
 

Şoumen Kamran Həsənli: "Yüzminlərlə insan işsizdir"

Aparıcı Kamran Həsənli SMS-lə icazələrin ləğvi və çimərliklərin açılması qərarından sonra iş yerlərinin, açıq hava əyləncə mərkəzləri, restoranlar və şadlıq evlərinin bağlı olmasına və toylara olan qadağalardan danışıb.

"Əgər bizim qazanc yerimiz bağlıdırsa, iş yerlərimiz bağlıdırsa, küçəyə veyillənməyəmi gedəcəyik?", o, İnstagram hesabında sual verib.

Kamran Həsənlinin sözlərinə görə, toylara qoyulan qadağa, təkcə "50-60 tanınmış müğənniyə" deyil, on minlərlə musiqiçiyə, eləcə də ofisiantlar, administratorlar, fotoqraflar, rəqqaslar, aşbazlar, xidmətçilər, işıqçılar, elektriklər, restoranlar ərzaq və içki ilə təmin edənlərə təsir edib - "yüzminlərlə insan işsiz, pulsuz, parasız qalıblar".

"On minlərlə musiqiçi 5 aydır evlərinə çörək pulu apara bilmir, onların çoxu kirayədə qalır, onların evində yaşlı insanlar var, körpələr var, dərman almalıdırlar, yemək almalıdırlar. Pulsuz-parasız qalıblar," o deyib.

O əlavə edib ki, kiçik və orta biznes "məhv halındadır, kollaps halındadır".

bu gün Fəttah Heydərov Fətdah Heydərov Azərbaycan
 

Fəttah Heydərov vəfat edib

Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çərşənbə axşamı günü gecə saatlarında 82 yaşında vəfat edib.

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.

1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi işə başlayıb.

1958-ci ildən Çeşməbazar səkkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.

1976-1990-cı illərdə Naxçıvanda rayon I katib, nazir vəzifələrində işləyib.

O, 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015) və VI (2020) çağırış Milli Məclisin deputatı olub.

Boing 737 təyyarələri bu gün xəbər Azərbaycan Boinq samalyotu
 

Boeing 737 Max yenidən istifadəyə veriləcək

ABŞ-ın tənzimləyiciləri tərəfindən Boeing-in pis vəziyyətdə olan 737 Max təyyarələrinə edilən dəyişikllərin geniş siyahısı təqdim edildi.

Federal Aviasiya Administrasiyasının (FAA) təyyarələrin yenidən ticari uçuş etməzdən əvvəl hər bir detalın əvvəlcədən sənədləşdirilməsini istəyib.

737 Max 346 nəfərin ölümü ilə nəticələnən iki ölümcül qəzadan sonra 2019-cu ilin mart ayından etibarən istifadədən çıxarılıb.

Boeing dəyişiklər edildikdən sonra gələn ilin əvvəlində 737 Maxı havaya qaytarmağa ümid edir.

Təklif olunan dəyişiklərə uçuşa nəzarət proqramının yenilənməsi, ekipaj prosedurlarına yenidən baxılması və daxili naqillərin yenidən yönləndirilməsi daxildir.

Bazar ertəsi günü nəşr olunan hesabatda FAA, Boeing-in iki ölümcül qəzaya səbəb olan problemləri öz tövsiyələri əsasında kifayət qədər həll etdiyini bildirib.

Təkliflər rəsmiləşdikdən sonra Boeing dəyişiklikləri edə və uçuşlara hazır ola bilər.

bu gün Trump Donald Trump ABŞ
 

Donald Trump TikTok-la razılaşma olmayacağı halda onu qadağan edə bilər

ABŞ Prezidenti Donald Trump deyir ki, hökumət "TikTok"-u amerikan şirkəti alacağı halda satışdan kəsinti etməlidir.

O, həftəsonu Microsoft şirkətinin rəhbəri ilə telefon danışığında bunu alış qiymətinin "əhəmiyyətli hissəsi" üçün tələb etdiyini söyləyib.

Donald Trump razılaşma olmayacağı təqdirdə Çinin ByteDance şirkətinə məxsus tətbiqetməni sentyabrın 15-də qadağan edəcəyini bildirib.

ByteDance Donald Trump-ın Çinin texnologiya şirkətlərini bağlamaqla bağlı təhdidindən sonra ABŞ-dakı hissələrini satmaq təzyiqi altındadır.

ABŞ Prezidenti TikTok və digər şirkətləri məlumatları Çinə ötürməkdə ittiham edib, Pekin və Tiktok şirkəti bunu təkzib edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ