SON DƏQİQƏ

Qubanın icra başçısı yaralı hərbçilərlə görüşdü - FOTO

Tarix:17-09-2022, 23:13 | Oxunub: 273


Ermənistanın sərhəddəki təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin yaralanan 282 hərbi qulluqçusundan 7-si Quba rayonundandır. Onlardan 6-sı Silahlı Qüvvələrin Baş Kliniki Hərbi Hositalında müalicə olunur.

Bizim.Media xəbər verir ki, bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Bakıda həmin hərbi hospitalda olub, Qubadan olan yaralı hərbçilərlə görüşüb.

Ziyəddin Əliyev rayonun Vladimirovka kəndindən olan, 20 yaşlı Mətləb Həbibov, Xucbala kəndinfən olan, 26 yaşlı Vaqif Xeyrullayev, Gədikqışlaq kəniindən olan 19 yaşlı Aqşin Ağayev, Zərqava kəndindən olan 19 yaşlı Kənan Mustafayev, Qubadan olan 19 yaşlı Vüsal Eyyubov və Pirvahid kəndindən olan 26 yaşlı Zaur Sadıqova palatada baş çəkib, səhhətləri ilə maraqlanıb.

O, Vətənimizin ərazi bütövlüyü uğrunda öz xidməti vəzifələrini yerinə yetirərkən yaralanan hərbçilərimizə Allahdan şəfa diləyərək, onların sağlamlığının dövlətin, Ali Baş Komandanın diqqətində olduğunu vurğulayıb.


Qubanın icra başçısı hər bir yaralı ilə ayrı-ayrılıqda görüşərək, onlara öz dəstəyini bildirib və tez sağalmalarını arzulayıb.

Yaralı hərbçilərə Quba İH adından hədiyyələr təqdim edilib. 

Yaralı hərbçilərdən birinin - 28 yaşlı Eldənuz Dadaşovun artıq hospitalda müayinə və müalicə olunduqdan sonra Ordu sıralarına geri döndüyü barədə rayon rəhbərinə məlumat verilib.


Ziyəddin Əliyev Mərkəzi Klinik Hərbi Hospitalda təkcə Qubadan olan yaralılarla deyil,respublikanın Qəbələ, İismayıllı, Xaçmaz və digər bölgələrindən olan hərbi qulluqçularla görüşdüyünü, onların hər birinə şəfa diləyib

"Dövlət səviyyəsində yaralıların tez sağalıb xidmət yerinə yollanmaları üçün hərbi hospitalda hər cür şərait yaradılıb. Hospitalın tibbi personalı erməni təxribatının qarşısını alarkən yaralanan hərbçilərimizə xüsusi həssaslıqla yanaşır. Mən bunu özüm müşahidə etdim. Yaralılara bərbər xidməti göstərildiyini, ağır yaralının ayağının yuyulduğunu müşahidə etdik", - deyə icra başçısı vurğulayıb.

Ziyəddin Əliyevin görüşündə yaralı hərbçilərin ailə üzvləri də iştirak edib. Onlar dövlətin hərbçilərə göstərdiyi diqqət və qayğıya görə Quba rayonu və ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ