SON DƏQİQƏ

Qubada daha bir məktəb təmir olundu

Tarix:25-08-2022, 22:27 | Oxunub: 629


Yeni dərs ili qarşısında növbəti dərs ilinə az vaxt qalıb. Ümumtəhsil məktəblərində yeni tədris ilinə ciddi hazırlıq görülür. Mövcud binalarda əsaslı, cari təmir işləri aparılır, yeni məktəblər inşa olunur.
 Şimal rayonlarının ümumtəhsil məktəblərində də bu istiqamətdə xeyli iş görülür
Belə məktəblərdən də biri şəhid Mehman Zohrabov adına Paşa oba kənd tam orta məktəbdir.
 270 şagird yerlik məktəb binası 1990 ci ildə məktəb binasına uyğunlaşdirilaraq istifadəyə verilib. Bu illər ərzində məktəbdə əsaslı təmir işləri aparılmadığından təhsil ocağı yararsız vəziyyətə düşüb. Bu da təlim-tərbiyə işinin yüksək səviyyədə təşkilində ciddi çətinliklər yaradırdı.Məktəbin dam örtüyü acınacaqlı vəziyyətdə idi. Yağıntılı hava şəraitində məktəbin içinə də yağıntı düşürdü ki buda pedoqoqlarin dərs keçməsinə maneə yaradırdı.
 Müəllimlər və valideyinlər istəyirdilər ki ,övladları təmirli və tam şəraitli məktəbdə təhsil alsınlar 
Və nəhayət məktəbin dam örtüyünün dəyişdirilməsi prosesinə qərar verildi 
 Bu günlərdə məktəbin direktoru Qalib Əliyevlə görüşdük. Qalib müəllim əvvəlcə onu bildirdi ki, məktəbin dam örtüyü çox bərbad vəziyyətdə idi. 
Və bu acınacaqlı, sınıq salxaq dam örtüyünün dəyişdirilməsi üçün Quba-Xacmaz Regional təhsil idarəsinin müdiri Rüfət Hacıyevə müraciət etdik. Və müraciətimiz müsbət cavab verildi.
Indi Quba rayon M.Zöhrabov adına Paşa oba kənd tam orta məktəbinin yararsız vəziyyətə düşmüş dam örtüyü yenilənir. Buna biz müəllim kollektivi, elecede burda təhsil alan şagirdlər və valideynlər sevinir. Məktəbin direktoru Qalib Əliyev bizimlə söhbət əsnasında qeyd etdi ki, "Fürsətdən istifadə edib təmiri həyata keçirilməsində göstərdiyi köməkliyi görə başda Quba-Xacmaz Regional təhsil idarəsinin müdiri Rüfət Hacıyevə ,təmir tikinti idarəsinə.podratci təşkilata, bütün zəhməti keçən hər kəsə məktəbimizin kollektivi, kənd ictimaiyyətinin və şəxsən öz adımdan təşəkkür edirəm.
Məktəbimizdə respublikamızın gələcəyi olan savadlı, bilikli, hərtərəfli inkişaf etmiş gənclər yetişdiririk və bundan sonra da yüksək səviyyədə təhsil vermək biz müəllimlər borcudur."

"doğru.tv"

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ