SON DƏQİQƏ

20 Yanvarda həlak olanların ailələri narazıdır

Tarix:13-08-2022, 13:17 | Oxunub: 281

"doğru.tv" xəbər verir ki, 32 il öncə, 1990-cı ildə Azərbaycanda 20 Yanvar hadisələri zamanı həlak olanların yaxınları avqustun 12-də Bakıda Şəhidlər Xiyabanında etiraz aksiyası keçiriblər. Onlar həlak olan yaxınlarına fəxri ad verilməməsindən və diqqətsizlikdən narazı olduqlarını bildiriblər.
Aksiya iştirakçılarının sözlərinə görə, onlar dəfələrlə məsələ ilə bağlı müraciət etsələr də, problem həllini tapmır. Onların vurğulamasına görə, 1998-ci ildə prezident 20 Yanvarda həlak olanların ailələrinə diqqət göstərilməsi ilə bağlı fərman da imzalayıb. "Amma indiyə qədər sənədləşmə aparılmayıb, döş nişanı və vəsiqə verilməyib. Hamısı qalıb sözdə. Biz saysız-hesabsız kollektiv məktublar yazırıq, qəbullara gedirik, bizi heç kəs eşitmir", -onlardan biri deyib.
Aksiyaçılar qeyd edib ki, onlara verilən pensiyanın məbləği də azdır: "Əməliyyat olunmalı şəxslər var. 500 manat pensiya ilə necə əməliyyat olunsun?".
Aksiya insidentsiz başa çatıb.
Rəsmilər nə deyir?
Aksiyaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma onlar, bir qayda olaraq, deyirlər ki, 20 Yanvarda həlak olanların ailələri sosial müdafiə tədbirləri ilə əhatə olunub
Rəsmi açıqlamaya görə, bu ilə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 135 belə ailəni və həmin hadisələrdə yaralanan 20 əlili mənzillə təmin edib. Habelə qeyd edilənə görə, 100-dək 20 Yanvar əlilinə minik avtomobili verilib.
Xatırlatma
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə (sonrakı günlər də davam edib) SSRİ silahlı qüvvələri Azərbaycan SSR-nin paytaxtı Bakıda qırğın törədib. Həmin hadisələr zamanı 130-dən çox şəxsin həlak olduğu, 700-dən çox şəxsin isə yaralandığı açıqlanıb.
Azərbaycan həmin hadisələri azadlıq mübarizəsinin boğulması kimi dəyərləndirir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ