SON DƏQİQƏ

Şəriət qanunu nədir, dünyada necə tətbiq olunur? Şəriət nədir?

Tarix:5-08-2022, 18:32 | Oxunub: 233

Şəriət İslam hüququnun əsasını təşkil edən qaydalar və adətlər sistemidir. Bu, müsəlmanların Müqəddəs Kitabına, Qurana və hədislərə, həmçinin Məhəmməd Peyğəmbərin həyat və kəlamlarını əks etdirən Sünnə adlandırılan mətnlər toplusuna əsaslanır.

Şəriət ərəb sözüdür, "doğru yol" və ya "su yolu" kimi tərcümə olunur, Ərəb Səhrasındakı həyat kontekstində savab yol anlamına gələ bilər. Bəlkə də buna görə bu sözdən yalnız müsəlmanlar deyil, həm də xristian ərəblər, eləcə də zərdüştilər istifadə edirdilər.

Şəriət - qanunlar toplusu deyil, lakin hər bir müsəlmanın həyatını, o cümlədən namaz, oruc, həcc qaydalarını, habelə qonşularla və bütövlükdə dünya ilə qarşılıqlı münasibətləri müəyyən edən təlimatlar kompleksidir. İdeal olaraq, onun məqsədi iman və xeyriyyəçilik, nikah və ailə münasibətləri, işguzar əlaqələr və varislik mübahisələri daxil, müsəlmana həyatının hər bir aspektini əməli-saleh etməyin yolunu anlatmaqdır.
Bu müqəddəs ayinlər əsasında hökm vermək mümkün olmadığı halda İslam hüquqşünasları müəyyən məsələ ilə bağlı bəzən fətva şəklində ifadə edilmiş tövsiyə və ya qərar verə bilərlər.

Glasgow Universitetinin İslam Araşdırmaları professoru Mona Siddiki bildirib ki, "surələr [Quranda] ailədə düzgün davranmağın qaydasını, uşaqları necə tərbiyə etməli, uşaqların öz valideynləri ilə necə davranmalı olduqlarını göstərir. Bu surələrin çoxu İslam qanunvericiliyinin əsasını təşkil edib," - professor Siddiki bildirir.

Məsələn, həmkarları işdən sonra bir müsəlmanı "pub"a (spirtli içki içilən məkan) getməyə dəvət edirsə, həmin müsəlman belə hallarla bağlı tövsiyə almaq üçün ilahiyyatçıdan məsləhət istəyə bilər.

Eyni şəkildə, şəriət müsəlmanlar üçün ailə hüququnu, maliyyə və biznes əlaqələrini müəyyənləşdirir.
Şəriət şərhlərə nə qədər açıqdır?
İslam hüququnun beş əsas məktəbi var. Onların dördü sünni təmayüllüdür: hənbəli, maliki, şəfi və hənəfi və biri də şiə məzhəbli olan cəfəri.Sünnilik və şiəlik İslamın Məhəmməd Peyğəmbərin ölümündən sonra ortaya çıxan iki ən böyük qoludur.

Onların tərəfdarlarının müsəlman ümmətinin başında kimin dayanmalı olması məsələsinə baxışları fərqlidir. Sünnilər dünyada daha çoxdur - onlar Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə kimi ölkələrdə yaşayırlar. Şiələr, əsasən, İranda, Azərbaycanda və İraqda yaşayırlar.Şəriət məktəbləri arasındakı fərq özünü şəriət qanunlarının əsaslandığı mətn və təlimatların necə yozulduğunda özünü göstərir.Hənbəli ən ortodoksal məktəb sayılır: Səudiyyə Ərəbistanında məhz ona əməl olunur. Hənəfinin daha liberal olduğunu deyirlər, bu cərəyan Misir, Pakistan, Türkiyədə üstünlük təşkil edir. Daha mühafizəkar formatda olsa da, Taliban da ona əməl edir.
Şəriət qanunu ilahidir, ancaq insanlar tərəfindən təfsir olunur. London şərqşünaslıq məktəbinin ərəb dili professoru Hugh N Kennedy-nin sözlərinə görə, hakim (kadi) cəza verir. Beləliklə, kadi Şəriət qanununa özünün təfsiri və anlayışına əsaslanaraq hökm çıxarır."Şəriət yaxşı işlər görməyi tələb edir və şəri qadağan edir, bu, siyasi hərəkatın necə qavranılmasından asılı olaraq, demokratik hüquqlara uyğun ola və ya olmaya da bilər, amma şəriətə əməl etməyə çağırış müsəlman dünyasında mütləq istənilən siyasi proqramın əsasını təşkil edir," - İngiltərənin Exeter Universitetinin ərəbşünas, professor Robert Gleave şəriətə dair özünün izahatında yazır.
(onları şəriət şuraları da adlandırırlar), düzdür, onlar ictimai əsasda fəaliyyət göstərir və yalnız nikah problemlərinin həllində (müsəlman nikahlarının və boşanmalarının qeydiyyatı) və yerli müsəlmanlara şəxsi həyata dair tövsiyələr verilərkən istifadə olunur.

Birinci şəriət surası Britaniyada 1982-ci ildə yaradılıb və 40 il ərzində onların sayı yeni məscidlərin və islam xeyriyyə mərkəzlərinin yaranması ilə artıb. Müxtəlif hesablamalara görə, Britaniyada 30-dan 80-ə qədər şəriət şurası fəaliyyət göstərir.

Onların qərarının hüquqi qüvvəsi olmasa da, şəriət şuralarının fəaliyyətinin Britaniya qanunvericiliyinə zidd ola biləcəyi ilə bağlı narahatlıq 2019-cu ildə parlamentdə müzakirəyə səbəb olub.

Rusiyada şəriət məhkəməsi varmı?
Şimali Qafqazda şəriət hüququ İslamın yayıldığı vaxtdan bu günə qədər tətbiq olunmaqdadır. Çeçenistanda, məsələn, nikahlar, boşanmalar, mülkiyyətin bölünməsi hətta sovet dövründə də şəriət qaydalarına uyğun həyata keçirilib.

Rəsmi olaraq, şəriət Qafqaza 90-cı illərin sonunda gəlib - Çeçenistanda iki müharibə arasında. 1997-ci ildə bütün dünyəvi məhkəmələr ləğv edildi, Şəriət Dövlət Təhlükəsizliyi Nazirliyi yaradıldı.

1999-cu ildə Rusiya qoşunları yeridiləndən sonra, Çeçenistanda şəriət hüququ rəsmi olaraq qüvvədən düşdü, lakin qeyri-rəsmi sürətdə hələ də məişət məsələlərinin həllində tətbiq olunur. Şimali Qafqazda müsəlman ailələrində nikah və boşanmalar yalnız şəriətə uyğun qaydada həyata keçirildiyi halda kamil hesab olunur.

ZAQS-a (vətəndaşlıq vəziyyəti aktları şöbəsi) gənclər, bir qayda olaraq, uşağı qeydiyyatdan keçirmək və uşaq pulunu almaq üçün müraciət edirlər. Sovet dövründə olduğu kimi, şəriət əsasında insanlar boşanırlar, mübahisəli əmlak, vərəsəlik və digər məsələləri həll edirlər.

Şəriətdə orta əsr dövründən qalma cəzalar tətbiq olunurmu?
Şəriətdə, ən azı, nəzəri olaraq, ictimai yerdə qamçılama, daşlama və əl-ayağın kəsilməsi kimi fiziki cəza növləri nəzərdə tutulur.
Cəzanın ciddiliyi iki geniş kateqoriyadan birinə aid edilə bilər: bu zaman törədilmiş cinayətin ağırlığına uyğun cəza müəyyən edilir.

"Hədd" - bu kateqoriyaya ciddi cinayətlər aid edilir və cinayətin ağırlığına uyğun cəza seçilir. Məsələn, bura bəzi oğurluq halları aid edilir və cəza kimi oğrluq törədənin əlinin kəsilməsi nəzərdə tutulur."

Təzir" - bu kateqoriyaya isə daha yüngül cinayətlər aid edilir, bu zaman cəza növünü hakim özü müəyyənləşdirir.

Lakin törədilmiş cinayəti "hədd" kateqoriyasına aid etmək üçün ciddi sübut-dəlil təqdim olunmalıdır.

Bu barədə professor Robert Qleave BBC-yə bunları deyib: "Yadda saxlamaq lazımdır ki, Quranda, hüquqi (İslam) ədəbiyyatında ağır cəzaların verilməsi son dərəcədə ciddi sübut bazasının olmasını tələb edir. Misal üçün, ailəli bir şəxsin zinaya görə cəzası daşqalaq edilib ölməsidir... Ancaq belə bir cəzanın tətbiqi üçün həmin adamın zina etməsinin dörd şahidi olmalıdır. Bu isə çox nadir bir vəziyyətdir".
təqdirdə İslam ilahiyyatçıları üç ayına qədər hamiləliyi dayandırmağa (abort etməyə) icazə verirdilər.

Boşanmaya gəldikdə isə, Mona Siddiki xatırladır, ər boşanmaq niyyətini üç dəfə bildirməli idi, lakin bu üç bəyanat arasında müəyyən bir müddət keçməli idi, adətən, həmin müddət bir ay çəkirdi. Yəni, Quran boşanma həddində olan cütə üç ay ərzində münasibətləri bərpa etmək imkanı verirdi.

Lakin sonradan dini alimlərin əksəriyyəti müqəddəs kitabın bu hissəsini fərqli şərh etməyə başladılar: kişiyə imkan verilirdi ki, boşanma prosesinin başlanması üçün ardıcıl olaraq üç dəfə boşanmaq istədiyini təkrar etsin.
Daha sonralar isə şəriətdə özünə yer eləmiş müddəalar İslamı qəbul etmiş müxtəlif xalqların qəbilə adətlərinə uyğun olaraq əlavə edilənlərdir. İslamşünas alimlər hesab edirlər ki, bu gün bir çoxlarına geridə qalmış, hətta barbar qaydalar kimi görünən müddəaların kökü məhz qeyd olunan amillərlə bağlıdır. Məsələn, qadının atanın və ya kişi-himayəçinin mülkiyyəti sayılması məhz qəbilə təfəkkürünün məhsuludur. "Namus üstündə" qadını öldürmək, qadın sünnəti kimi hallar isə İslam təcrübəsinə aid deyil və şəriətdə də bunların əsası yoxdur, islamşünas alimlər qeyd edir.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ