SON DƏQİQƏ

Xaçmazda avtomobil körpudən aşıb, xəsarət alanlar var - FOTO

Tarix:16-10-2022, 23:37 | Oxunub: 510

Xaçmaz rayonunda avtomobil körpüdən aşıb.


"doğru.tv" xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama magistral yolunun 15-ci km-də, Caqacuq çaydan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Vaz-2106" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb.

Qəza zamanı rayonun Ərəb kənd sakinləri, 1988-ci il təvəllüdlü Əli Ağamməd oğlu Kərimov və 1993-cü il təvəllüdlü Təyyar Mehtiqulu oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ