SON DƏQİQƏ

Quba şəhərində və kəndlərində zibbilik poliqonları

Tarix:13-08-2022, 12:38 | Oxunub: 762

Quba şəhərində və kəndlərində zibbilik poliqonları


doğru.tv xəbər verir ki, Quba şəhərində bir çox küçələrdə zibil qutuları yoxdur. Bunu istər yerli sakinlər istərsədə də Qubaya gələn qonaqlara müşahidə edir, görür.
Qubada ən acınacaqlı yer isə Qubanın məşhur bazarıdır. Burada bazarin içində bazar ətrafı ərazilərdə heç yerdə zibil qutuları yoxdur. Adını çəkdiyimiz ərazi elə yerdir ki ora qubalilarla yanaşı Qubaya gələn hər bir qonaq turist gedir və bu acınacaqlı mənzərə ilə rastlaşır.
Deyilənə görə bazarın sahibi Elxan Əliyev isə Özünə məxsus "Aynur" restoranından bayıra çıxmır. Axşamdan axşama bazara gəlib pulları yığıb gedir. Ona bazardaki antisanitariya vəziyyəti maraqlandırmır.
Qubanın kəndlərində isə vəziyyət tam acınacaqlıdır.
Kəndlərdə zibil tullantıları hara gəldi atılır. Atılan zibillər yerlərə səpələnir. Hətta kəndlərin içində yaşayış evlərinin arasında olan zibbilik poliqonlarinda ölmüş heyvan leşleri belə atılır ki, zibillikdən gelen üfunətli iyden yaşayış evlərində dayanmaq olmur. Kəndlərin bir çoxunda məişət tullantıları üçün ayrılmış xüsusi yerlər yoxdur.
Bəzi kəndlərdə isə ayrılmış yerlər isə kənd içində yada çay kənarında yerləşir ki oralarda vaxtlı vaxtında təmizlənmir.

Bir çox zibilliklerde isə sahibsiz itlər bir başqa mənzərədir.
 Sahibsiz itlər də zibilləri ağzına alıb, dağıdıb yerlərə səpələyirlər. 
Həmin yerlərdən keçmək olmur. 
Quba rayonunda bu sahəyə cavabdeh adiyyatli qurumlar bəlke özləri arada kabnetlerinden çıxıb şəhərin və kendelerin küçələrini gəzib acınacaqlı mənzərə ilə tanış olasınız.
Kəndlərdə isə bu sahəyə cavabdeh şəxslər bələdiyyə üzvləridir. Və sosial işçilər vardır ki ən azından sosial işçilərin bu sahəyə də yönəltmək olar.
Umud edirik rayonun icra başçısı gözəl Qubanın və kəndlərini belə xarabalıqa cevrilmesinin  qarşısını almaq üçün tapşırığını verəcək. 
Gəlin Qubanı daha da gözəlləşdirek. 
İşini bilməyən məmurlar isə işindən kənarlaşdırilsin.

Quba şəhərində və kəndlərində zibbilik poliqonları
Quba şəhərində və kəndlərində zibbilik poliqonları
Quba şəhərində və kəndlərində zibbilik poliqonları
Quba şəhərində və kəndlərində zibbilik poliqonları
Quba şəhərində və kəndlərində zibbilik poliqonları
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ