SON DƏQİQƏ

Məşhurları heyran qoyan həmyerlimiz: “Səsim heç vaxt məni yanıltmayıb”

Tarix:17-10-2017, 14:44

Məşhurları heyran qoyan həmyerlimiz: “Səsim heç vaxt məni yanıltmayıb” Ötən gün “O səs Türkiyə”yə Aynurə Şirinova adlı azərbaycanlı müğənni qatılıb. "Annem" mahnısını səsləndirən həmyerlimiz Yıldız Tilbe, Hadisə мə Muradı özünə tərəf döndərə bilib. Onun ifası Hadisəni kövrəldib. Münsifərin Aynurə Şirinovaya münasibəti müsbət olub. “Belə bir görünüşü olandan bu cür səs gözləmirdim. Bu geyimlə Rihannadan oxuyacağını düşündüm. Çox gözəl oxudunuz” – deyərək, Murad Boz sözə başlayıb. Hadisə isə “Elə bildim ki, Rihannadan bir şey oxuyacaq. Sənə heyran oldum”, deyə bildirib. Gökhan isə “Rihannadan oxusaydı, tam olardı”, deyə vurğulayıb. Yıldız Tilbe isə “Bu mahnını çox adam oxudu, amma sən fərqli səsləndirdin. Özünəməxsus bir səsin var” deyə, əlavə edib. Aynurənin ifası “Azərbaycanlı iştirakçı səhnəni ifası ilə yıxdı” deyə təqdim olunub. Musavat.com hər kəsi özünə heyran edən Aynurə Şirinova ilə əlaqə saxlayıb. Suallarımıza cavab verən ifaçı müsabiqəyə çoxdan qatılmaq istədiyini deyib: “33 yaşım var. Həm Bakıda, həm İstanbulda yaşayıram. Uzun müddətdir ki, müğənniliklə məşğulam. 8 yaşımdan ifaçılıq edirəm. Konsertlərdə, dövlət tədbirlərində, toylarda səhnəyə çıxıram. “O səs Türkiyə”yə çoxdan qatılmaq istəyirdim. Çünki ətrafımdakılar səsimin gözəl olduğunu, müsabiqəyə qatılmağımın vacibliyini deyirdilər. Ehtiyat edirdim, çünki məndə bir az tənbəllik var”. - Bəs necə oldu ki, müsabiqəyə qatılmağa qərar verdiniz? - Özümdə cəsarət tapdım. Bakıda olanda baş vurdum. Sonra mənə zəng edib dəvət etdilər. Mən birbaşa mahnı seçiminə getdim. Seçimlərə qatılmadım. - Jurilərin dönəcəyinə əmin idiniz? - Jurilərin dönəcəyinə əmin idim. Çünki səsim heç vaxt məni yanıltmayıb. Düşündüyümdən daha çox diqqət gördüm. Bu məni sevindirir. - Niyə məhz Yıldız Tilbe? - Yıldız Tilbeni çox sevirəm. Əvvəldən demişdim ki, o mənə dönsə, Yıldızı seçəcəm. Düşünürəm ki, ondan çox şey öyrənəcəyəm. Çünki heç bir təhsilim yoxdur. Mənim üçün yaxşı məktəb olacağına inanıram. - Birinci olacağınıza inanırsınız? - Məqsədim birinci olmaq deyil. O səhnəyə çıxmaq belə mənim üçün xoşbəxtlikdir. - Türkiyədə böyük diqqət gördünüz. Azərbaycanda müğənnilik edən Aynurənin məşhurlaşmamağının səbəbi nədir? - Azərbaycanda məşhur olmaq qəliz məsələdir. Gərək arxanda güclü adamın olsun. - Ötən il də Türkiyədə müsabiqəyə qatılmışdınız. - Bəli, “Rising star” yarışmasına qatılmışam. 2 tur iştirakçı oldum. Ora da mənim üçün uğurlu oldu. Bir çox şey öyrəndim.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ