SON DƏQİQƏ

Binaların girişi yanında da siqaret çəkmək qadağan edildi!.. - RƏSMİ...

Tarix:17-10-2017, 14:41

Binaların girişi yanında da siqaret çəkmək qadağan edildi!.. - RƏSMİ... Azərbaycan dilini unudanlara xatırlatma: söhbət “padyezd”lərdən gedir... Rusiya Səhiyyə Nazirliyi binaların girişində də tütün məhsullarının çəkilməsinə qadağa qoyan qanun dəyişikliyini dəstəkləyib. Dəyişikliyə əsasən digər ictimai məkanlarla yanaşı, nəinki yaşayış bunalarının içərisndə, eyni zamanda açıq havada binaların girişindən (Azərbaycan dilini unudanlara xatırlatma: söhbət sizin dilinizdə “padyezd”lərdən gedir-S.L.) 10 metrdən yaxın məsafədə belə, siqaret çəkilməsi qadağan edilir. Səhiyyə Nazirliyi bu haqda rəylərini müvafiq dövlət qurumlarına da göndərib. Xatırladaq ki, 2017-ci ilin aprelində Milli Məclisdə təsdiqlənən qanun layihəsinə əsasən, Azərbaycanda da bir sıra ictimai məkanlarda: səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilmir...скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ