SON DƏQİQƏ

Hələ gün yarı olmayıb... - 3 Azərbaycan anası intihar edib!

Tarix:17-10-2017, 14:39

Hələ gün yarı olmayıb... - 3 Azərbaycan anası intihar edib! Nə olar, daşa-divara xərclədiyimizdən kəsib bir az da insanın, vətəndaşın həyatını xilas etməyə xərcləyək? Planet üzrə intiharların statistikası son iki onillikdə dəhşətli silsilə ilə artmaqdadır. Amma qəribədir ki, istər beynəlxalq təşkilatlar, istərsə də aparıcı sayılan dövlətlər həyəcan təbili çalmır, bu bəlaya qarşı heç bir ciddi tədbir görmürlər. Əslində dünyadakı iqtisadi –siyasi, hərbi və s. proseslərin gerçək mahiyyətini anlayanlar üçün burada təəccüblü heç nə yoxdur. Gözlərini tamah, şəhvət hərisliyi örtmüş transmilli super oliqarxlar və onlarla ard-arda varlanma yarışına girişmiş irili-xırdalı ölkələrdəki dələduz, koorruspioner “iş adamları”, nazir və məmurların milyonlarla insan ölümü belə, tüklərini tərpətmir. Əslində Stalinin söylədiyi deyilən “adam yoxdur- problem yoxdur” prinsipi onların əsl həyat amalıdır... Son müharibə, vətəndaş qırğını və terror aksiyalarını da nəzərə alsaq, məntiqlə beynəlxalq güclərin yer üzündə insan sayının azaldılmasını qarşısına məqsəd qoyduğu təsdiqlənir... Bu gün – oktyabrın 17-i... Hələ gün yarı olmayıb. Saat 11-12-dək 5-6 saytı gözdən keçirən bəndəniz artıq yalnız Bakıda 3 Azərbaycan anasının intihar etməsi haqda informasiyalara rast gəlib. Buyurun: “Bakıda 2 qadın intihar edib. Hadisələrdən biri paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayonun Şərifzadə küçəsi 185 ünvanında yaşayan, 1955-ci il təvəllüdlü Rəhimə Məmmədbağır qızı Abutalıbova yaşadığı evin həyətində kəndirlə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Digər hadisə isə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Arifə Əliabbas qızı Şıxəliyeva yaşadığı evdə paltarla özünü asıb. Hər iki faktla bağlı müvafiq olaraq rayon prokurorluqlarında cinayət işi başlanıb, araşdırma aparılır. Bakıda kurs rəhbəri damarlarını kəsərək intihar edib. Hadisə paytaxtın Səbail rayonu, Qurban Abbasov küçəsi 63 ünvanında yerləşən “Engligtment” dil kursları mərkəzində qeydə alınıb. Mərkəzin rəhbəri, 1961-ci il təvəllüdlü İradə Yusif qızı Əliyeva sağ qolunun damarlarını kəsərək intihar edib. Nəticədə çoxlu qan itirən İ. Əliyeva dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır...” Vəssalam. Quru informasiyalar... Prokurorluq araşdırma aparır... Artıq nə faydası var? Üç insan, üç qadın, üç ana, üç Azərbaycan vətəndaşı həyatdan köçdü. Onlarla bərabər arzuları da, ümidləri də, gələcək planları da köçdü... Övladları, nəvələri, həyat yoldaşları, qardaş, bacıları da vardısa, onlar da ömür boyu bu intiharların əzabını ürəklərində daşıyacaq... Kimsə deyə bilər ki, bəlkə onlar heç ana deyildilər, bəlkə filan-bəhmən... Lap ana olmasa da, belə, hər bir qadın potensial anadır. Və əgər bir qadın ana ola bilməyibsə, bunda da, hardasa, cəmiyyətin, dövlətin günah payı var... ...Artıq uzun-uzadı danışmaq, yazmaq, müzakirə etmək vaxtı deyil. Hamının gözü qabağındadır: son illər yalnız qadınlar, analar, deyil, bütün yaş kateqoriyasından kişilər də, atalar da, ahıllar da, uşaqlar da, müxtəlif sosial təbəqələrin nümayəndələri: müəllimlər, həkimlər, yazıçılıar, biznesmenlər, polislər, hətta psixoloqlar belə özünə qəsd edir... Təcili tədbir görmək lazımdır. Beynəlxalq təşkilatlar, xarici dövlətlər intiharlara göz yumursa, özləri bilər. Biz müstəqil dövlətiksə, öz vətəndaşımızın hayına özümüz qalmalıyıq. Ən azı, telekanallarda, radio, sayt və qəzetlərdə, biabırçı, bayağı, məntiqsiz, əxlaqsız şou, veriliş, reklam və materialların əvəzinə insanları yaşamağa, mübarizəyə ruhlandıran maarifləndirici veriliş, video-çarxlar, silsilə yazılar və s. təşkil etmək olar. Yaxud Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Dini Komitə, eləcə də gənclərlərlə, humanitar sahə ilə əlaqəli olan bütün dövlət qurumları xüsusi təşviqat qrupları təşkil edib paytaxtda, bölgələrdə bina-bina, kəndbəkənd gəzib problemləri olan insanlarla ruhverici söhbətlər aparmalıdır. Bu işdə dinimizdən, İslamdan, Qurandan, Peyğəmbər(s) hədislərindən və s. də istifadə etmək olar. Bu gün hu haqda rəsmi müraciət edilsə, hansısa nazir, məmur, deyə bilər ki, büdcədə pul azdır... Burada insan həyatını xilas etməkdən söhbət gedir. Mütləq vəsait tapmaq lazımdır! Nə olar, daşlara-divarlara, ora-bura bəzək vurmağa xərclədiyimizdən kəsib bir az da insanlara, vətəndaşlara xərcləyək. Bizə öncə insan həyatını, insan ruhunu, insan qəlbini, bəzəmək, onu şeytani duyğu və fikirlərdən təmizləmək gərəkdir... Axı insan, vətəndaş olmasa, necə ölkə, xalq olacağıq. İnsan, vətəndaş, ana-ata, oğul-qız olmasa, kimlərə rəhbərlik edəcəyik, kimlərlə Qarabağı azad edəcəyik... Sultan Laçınскачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ