SON DƏQİQƏ

“Oradan qaçmağa, ölkəyə dönməyə çalışırlar” - Dövlət Komitəsi

Tarix:17-10-2017, 14:37

“Oradan qaçmağa, ölkəyə dönməyə çalışırlar” - Dövlət Komitəsi Azərbaycandan xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanların əksəriyyəti indi oradan qaçmağa çalışır. Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. S.Heydərov bildirib ki, həmin insanlar ora aldanıb getdiklərini başa düşüblər: "Aldanıb gediblər və orada tamam başqa mühitə düşüblər. Sonradan səhv etdiklərini, aldandıqlarını anlayıblar. Ona görə də oradan qaçmağa, ölkəyə dönməyə çalışırlar. Təbiidir ki, onlar ölkəyə qayıdan zaman məsuliyyətə cəlb olunurlar. Bir çoxlarının isə vətəndaşlığı ləğv olunub. Buna görə də oradan qaçıb Azərbaycana yox, digər ölkələrə üz tutur və həmin ərazilərdə gizlənirlər. Lakin onlar digər ölkələrdə olsalar da, Azərbaycanın hüquq-mühafizə orqanları həmin şəxslərin müəyyənləşdirilib ölkəyə gətirilməsi ilə məşğuldur. Yəni, Azərbaycandan gedib qanunsuz silahlı birləşmələrə qoşulanların hər birinin məsuliyyəti var və ona görə də onlar qanun qarşısında cavab verəcəklər". Komitə sədrinin müavini bildirib ki, son dövrlərdə xaricdə qanunsuz silahlı birləşmələrə qoşulmaq üçün Azərbaycandan gediş qeydə alınmayıb, əksinə, oradan dönüş prosesi başlayıb: "İndi İraqda azərbaycanlı uşaqlar qalıb, onlar orada uşaq evlərinə verilib. Azərbaycanın müvafiq qurumları İraq hökuməti ilə danışıqlar aparır. Orada uşaq evlərindəki bizim uşaqları müəyyənləşdirib ölkəyə gətirilməsi prosesinə başlanılıb. Bir uşaq artıq gətirilib, digərləri ilə bağlı da müəyyənləşmələr var və artıq iş gedir ki, onlar da ölkəyə gətirilsin". AzNews.azскачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ