www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » Səddam Hüseynin milyardlarının naməlum taleyi- Qeyb olan sərvət

Səddam Hüseynin milyardlarının naməlum taleyi- Qeyb olan sərvət

Bölmə: Xəbər Lenti
Səddam Hüseynin milyardlarının naməlum taleyi- Qeyb olan sərvət
Sabiq İraq diktatoru Səddam Hüseynin 2006-cı ildə öldürməmişdən əvvəl ona bəzi faktları etiraf etdirmək üçün 8 ay vaxt verildi. Bu aylar ərzində ərəb dilini mükəmməl bilən ABŞ xüsusi xidmət orqanının agenti Corc Piro Səddamdan müəyyən etirafları almaq üçün onunla çox yaxın dost oldu. İş o yerə çatdı ki, ömrünün sonunda məşhur diktator agentə qətlə yetirilmiş iki oğlu qədər inandığını dedi. Təbii ki, bu qədər isti münasibətin müqabilində Səddam agentə xeyli sirləri açıb, etiraflarını etmişdi

Lakin Corcun kitabında və mətbuata açıqlanan informasiyaların özü də tam deyil. Səddamın bəzi etirafları bu gün də gizli saxlanılır. Amerika tərəfi özünə lazım olan etirafları alandan sonra qısa müddətdə Səddamın edamını tezləşdirdi. Diktator nə məhkəmə prosesində, nə də ölüm anında demək olar ki, heç nə danışmadı, çox sirləri özündə saxladı.
Amma sabiq diktatorun hakimiyyətdə olduğu dönəmdə yığdığı sərvətin sonrakı aqibəti, bu sərvətlə bağlı etirafların edib-etmədiyi hələ də sual altındadır.

Moderator.az təqdim edəcəyi yazıda Səddam Hüseynin bu gün də aqibəti bilinməyən sərvətinin taleyindən bəhs edəcək:

Ümumiyyətlə, Səddamın sahibləndiyi sərvətin dəqiqliyi sual altındadır. Bəzilərinin fikrincə, sabiq diktator hakimiyyətdə olduğu gündən hakimiyyəti əldən verdiyi günə qədər 40 milyard dollarlıq sərvət yığıb. ABŞ-ın Daxili İşlər Nazirliyi hələ Körfəz müharibəsindən əvvəl-1991-ci il- Səddamın sərvətinin 21 milyard olmasını açıqlayıb. ABŞ-ın məşhur “Forbes” jurnalı isə bu rəqəmi 7 milyarda qədər azaldıb. Müstəqil maliyyə təşkilatları Səddamın bir zamanlar pullarını almaz, qızıl və digər bahalı əmtəələrə çevirdiyini, həmçinin qida qarşılığında nefti sataraq, əlavə 6 milyard dollar əldə etdiyini qeyd edib.


Bəs, bütün variantlarda astronomik məbləğ sayılan bu sərvətin sonrakı aqibəti necə oldu? Milyardlar hazırda harada saxlanılır?

Səddam sağlığında sərvətinin çox hissəsini ölkədən kənara çıxarmışdı. Almaniya, Yaponiya, İsveçrə, hətta Fələstin banklarında belə öz milyardlarını gizləyirdi. ABŞ-ın “US Today” qəzetinin yazdığı araşdırmada Səddamın devrildiyi zaman ailəsinin Bağdadın mərkəzi bankından 1 milyard dollar çıxardığını qeyd edir.


ABŞ Maliyyə Nazirliyinin sözçüsü isə, diktator devrildikdən sonra sarayından çoxsaylı qutularda gizlədilən 950 milyon dolların tapıldığını qeyd etmişdi.
Ən maraqlı versiyalardan biri isə İranın Fars Xəbər Agentliyinin naməlum sərvət haqqındakı araşdırmasıdır. Burada, sabiq diktatorun ən azı 5 milyardlıq sərvətinə ABŞ-ın əl qoyduğu qeyd olunur.
Bütün bunlar isə aysberqin görünən tərəfidir. Böyük neft pullarının aqibəti hələ də dəqiq bilinmir.