www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » Qərar verilib: 6 rayonun icra başçısı dəyişdirilir - Onlardan yalnız ikisi ilə bağlı yeni təyinat qərarı yoxdur

Qərar verilib: 6 rayonun icra başçısı dəyişdirilir - Onlardan yalnız ikisi ilə bağlı yeni təyinat qərarı yoxdur

Bölmə: Xəbər Lenti
Qərar verilib: 6 rayonun icra başçısı dəyişdirilir - Onlardan yalnız ikisi ilə bağlı yeni təyinat qərarı yoxdur
Gədəbəy, Ağsu, Ağcabədi, Qusar, Astara rayonlarının və habelə Gəncə şəhərinin icra başçıları yaxın günlərdə dəyişdirilə bilər. Bu ilginc məlumat DİA.AZ-a hökumətdəki mötəbər mənbədən daxil olub.

Xəğəri verən qaynaq iddia edir ki, adları çəkilən rayon icra hakimiyyəti başçılarından bəziləri yeni vəzifə ilə mükafatlandırılsalar da, konkret olaraq Astara və Gəcənin icra başçıları ilə bağlı yeni təyinat qərarı mövcud deyil.

Mənbənin dia.az-a söylədikləri: «Əslində həm Astaranın icra başçısı Qəzənfər Ağayev, həm də Gəncə ŞİH rəhbəri Elmar Vəliyev kifayət qədər arxalı fiqurlardır. Amma buna rəğmən onların yenidən hansısa rayona rəhbər göndərilmələri gözlənilmir».

Qeyd edək ki, Elmar Vəliyev buna qədər Yevlaxa, Qəzənfər Ağayev isə Masallıya rəhbərlik edib.