www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » Laçın rayonunda saxta diplomlu NURÇU həkim xəstəxanadakı otağında gənclərə "NUR" toplantıları keçirir


Laçın rayonunda saxta diplomlu NURÇU həkim xəstəxanadakı otağında gənclərə "NUR" toplantıları keçirir

Bölmə: Xəbər Lenti
Saxta diplomlu NURÇU həkim Laçınlı gəncləri bir yerə yığıb türkçülük adıyla xəstəxanadakı otağında "NUR" toplantıları keçirir

Laçın rayonunda saxta diplomlu NURÇU həkim xəstəxanadakı otağında gənclərə "NUR" toplantıları keçirir
Azerinews.tv-yə Laçın rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Cəbrayılov Orxanla bağlı ilginc müraciət daxil olub. Müraciətdə bildirilir ki, Laçın rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Cəbrayılov Orxan Əfqan oğlu bağlanmış Beynəlxalq Universitetin saxta diplomuyla fəaliyyət göstərir. Eyni zaman da dövlət tərəfindən verilən dərmanları mənimsəyərək apteklərdə satırır. Azerinews.tv-yə daxil olan digər məlumatlarda isə bildirilkir ki, ata tərəfdən ermənilərə qohumluğu olan Orxan Cəbrayılov Nurçular qrupunun radikal üzvlərindən biridir. Laçınlı gəncləri bir yerə yığıb türkçülük adıyla xəstəxanadakı otağında NURÇU toplantıları keçirir- "NUR" məktəblərinin gənclərə faydasını aşılayır. Həkim adı altında siyasətçi olmaq istəyən Laçın rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Cəbrayılov Orxan Əfqan oğlu əməli barədə isə nə hüquq-mühafizə orqanları nədə ki, Səhiyyə Nazirliyi hələdə bir tədbir görmək istəmir. Daxil olan ən son məlumatlarda isə bildirilir ki, illərdir qaçqıncılıq həyatı keçirən Laçınlı gənclərin qərargahına çevrilmiş rayon Mərkəzi Xəstəxanasında vəziyyət getdikcə ağırlaşır. Çünki gizli keçrilən toplantılar yaxın gələcəkdə həm rayona həm də dövlətçiliyə ciddi şəkildə təhtid ola bilər...
Mövzuya qayıdacağıq, bizi izləyin.