www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » Əli Abbasovun milyonluq taksofon əməliyyatı – Təkzibedilməz FAKT


Əli Abbasovun milyonluq taksofon əməliyyatı – Təkzibedilməz FAKT

Bölmə: Xəbər Lenti
 Əli Abbasovun milyonluq taksofon əməliyyatı – Təkzibedilməz FAKT

DTV.AZ - Nazir sələfinin “ənənəvi metodu”ndan yararlanmağa başlayıb.Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sərəncamında olan təkcə bir qovşaqda yarım milyon manata yaxın borc təyinatından yayındırılıb. Nazirlik və birlik rəhbərliyi bu məbləğin mənimsənilməsinə şərait yaradıb.Mia.az xəbər verir ki, təyinatından yayındırılan bu borc təkcə bir danışıq taksofonu vasitəsiylə həyata keçrilib: "344 saylı dayaq taksofonu 5966771 nömrəli telefon vasitəsiylə təkcə şəhərlərarsı 445.874.68 manatlıq danışıq borcu yaranıb. Amma bu pulun dövlətə ödənilməsı həyata keçirilməyib”.Kiçik araşdırma zamanı isə ortaya daha bir maraqlı fakt çıxıb. Bəlli olub ki, borcları yoxlamaq üçün nazirliyin rəsmi istifadəsində olan Phone.rabita.az-da isə aşkarladığımız fakt gizlədilib.1990-cı ildə yaradılan və Bakı şəhərində telefon avtomatları vasitəsilə şəhərdaxili, şəhərlərarası və beynəlxalq danışıq xidmətləri göstərən Bakı Avtomat Telefon Qovşağının sərəncamında olan təkcə bir taksofonda 450 min manatlıq borc aşkarlanıb və bu məbləğ şişsə də, nə nazir Əli Abbasov, nə də birlik rəhbəri Beytulla Hüseynov Nadir Əhmədovun dövründə olduğu kimi, bu borcun vaxtında ödənilməsini təmin etməyiblər. Tam əksinə, daha da şişməsinə zəmin yaradıb, növbəti planlarını həyata keçiriblər. Necə ki, Nadir Əhmədovun dövründə də BTRİB-də 015 və digər kod adı altında "geri qaytarılması mümkün olmayan borclar” adıyla hesab açılaraq, sonradan komissiya qərarı ilə bu pullar silinirdi. Görünür, nazir Əli Abbasov da B.Hüseynovla birgə korrupsiyanın rabitədəki "ənənəvi metodu”nu ustalıqla sınaqdan çıxarmaqda davam edirlər”.Bakıda 2000-dən çox taksofon var: "Əgər paytaxtda belə taksafonların 2000-dən artıq olduğunu nəzərə alsaq, o zaman nazir Əli AbbasovlaBakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynov və qovşaq rəisinin birgə "əməliyyat”larının məbləğinin bir neçə milyonu aşdığını da əminliklə söyləmək olar. Hələ başqa "gəlir mənbələrini demirik”.Məsələyə bağlı BTRİB və qovşaqla danışmaq mümkün olmayıb. Ən maraqlı hallardan biri isə BTRİB-in rəsmi internet səhifəsində qovşağın göstərilən iki nömrəsindən birinin işləməməsi, digərinin isə fiziki şəxsə satılması oldu. Görünür, rabitədə mənimsəmələrin izini itirməyə çalışdıqları kimi, özlərinin də izlərini gizlətməyə çalışırlar. Amma hara qədər?Qarşı tərəfi dinləməyə hazırıq.
Azerbaycaninfo.com