www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » Şabranda fırıldaqçı falçını himayə edən məmur

Şabranda fırıldaqçı falçını himayə edən məmur

Bölmə: Xəbər Lenti
Şabranda fırıldaqçı falçını himayə edən məmur
Nə fərqi var ya falçı, yada extrasens- parapsixoloq. Bunlar da şeytan əməlidir. Qeybi bilən yalnız Alllahdır. Guya bunlara uzaq görənliyinə görə diplom verilib, universitet bitiriblər daha nələr nələr. Hansısa psixoloq kursunu bitirib, başlayırlar falçılığa. Qızlarını evlədirmək istəyən valideyinlər qızlarınının bəxtini açmaq üçün bu fırıldaqçıların yanına gəlirlər. Onlar da yalandan qızının bəxtini bağlayıb qıfılı atıblar dənizə. Bunu edən sənin yaxın qohumundur. çox gülməlidir ki, bu sözləri bütün falçılar deyir. Onu bildirmək istəyirəm ki, insanların hamısı eynidir. Sadəcə olaraq düşdüyü mühid, başına gələn hadisələr onu dəyişdirir. İnsanlar da bir-birindən fərqlənməyə başalayırlar.Dərdlərinə çarə tapa bilməyən insanlar, işin tez və asan yol ilə həll olunması üçün bu fırıldaqçıların qapısını döyürlər. Onlar da ceyran dərisinə, keçi dərisinə "dua" yazıb verirlər. üç ay keçməz bu işin çözüləcəyini, həftədə bir dəfə gəlib müqqəddəs su adlandırdıqları suyu pulu ilə almalarının vacib olduğunu və həyətə, paltarlarına çiləyərək şeytanın onlara yaxın durmayacağını deyirlər. Şeytan ilə dostluq edən falçılar sizin evinizə şeytanın girməyəcəyinə zəmanət verir. çox maraqlıdır. Müqqəddəs kitab olan Quranın Əl-ənam surəsinin 59-cu ayəsində bildirilir. Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O, (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! Falçılıq etmək küfrdür. Fala baxanda, fala gedən də kafirdir. Allaha qarşı çıxırlar. Yalnız Allahlıq iddiasında olan insan bu işi edər. Allahın göndərdiyi peyğəmbərlər də qeybi bilmirdilər. Yalnız vəhy vasitəsilə Allahın əmrini yerinə yetirirdilər. Allah ona şərik qoşanları heç vaxt bağışlamaz. Yalnız etdiyi küfrün peşmançılığını çəkdikdən sonra, Allaha pənah gətirdikdən sonra Allah onu bağışlaya bilər. Aləmlərin Rəbbi olan Allah mərhəmətli və rəhmlidir. Televizor kanallarına məşhurlaşmaq, yeni müştərilər əldə etmək xatirinə çıxan falçılar, extrasenslər, parapsixoloqlar etdikləri fırıldaqçılıq ifşa olunsada bəzən öz niyyətlərinə çatırlar. Yeni müştərilər onların qapısını döyürlər və əvvəlki qiymətlərini qaldırırlar. Cinlər ilə, şeytan ilə dostluq edən bu insanların taleyi də Allahdan asılıdır. Bunların hamısı cəhənnəmlikdirlər. Yalan sözlər deməklə insanların həyatına qarışırlar. Hətta deyirlər ki, yanıma gəlməsinlər, heç kəsi məcbur eləmirəm ki, yanıma gəlsin. Onlara acı söz deyəndə deyirlər ki, özünü məndən qoru. Səni elə edərəm ki, şikəst olarsan. Cin dostlarını köməyə çağırar. Bunların hamısı sözdür. Sidqi ürəkdən Allaha inanan insana şeytan yaxın gələ bilməz. Onu Allahın mələkləri qoruyar. Nədənsə qorxsan Allahın adını çək, peyğəmbərlər vasitəsi ilə göndərilən duaları de. Qorxun o anda çəkilər. Allah hər şeyə qadirdir. Unutmayın ki, dərdi verən Allah, dərmanını da verər. "Özünü cəmiyyətə şair, publisist, tədqiqatçı, psixoloq, alim kimi təqdim edən, insanlara səmadan xəbər verən Iqr Dadaşeviçin daha bir neçə "keyfiyyətləri” üzə çıxıb. Sən demə o, yüksək məbləğli pul müqabilində falçılıq etmək, problemli insanlara dua yazmaq və müxtəlif proseslərin nəticələri barədə proqnozlar vermək kimi "qeyri-adi fəaliyyətlə” də məşğul imiş. Ali təhsilsiz bir insanın XXI əsrin ikinci onilliyində kosmosa rabitə peyki göndərən, BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilata sədrlik edən, hüquqi, dünyəvi və demokratik dövlətçilik kursu götürən bir respublikanın vətəndaşlarını cəhalətə sürükləməyin məsuliyyətini dərk etməməsi çox təəccüblüdür. Ancaq təəccüblü olan təkcə bu o deyil, həm də odur ki, bəzi insanlar hələ də elmlə cəhalətin, dinlə xurafatın fərqini başa düşə bilmirlər. Əgər belə olmasaydı, onlar öz hamilə qadınlarını və ya "uşağa qalmayan” gəlinlərini bu avantüristin yanına göndərərək ekstrasens və ya falçı köməyi gözləməzdilər.Uzun illərdir ki, ölkənin aparıcı kütləvi informasiya vasitələri xalqı cəhalətə sürükləyən və bu yolla da cəmiyyətdə böyük fəlakətlərə yol açan falçılığın zərəri barədə materiallar dərc edir, bəd əməl sahiblərini ifşa edirlər.Elə Şabran şəhəri dəmir yolu stansiyasının yanında yaşayan İqr Dadaşeviç kimi bütün mənəvi keyfiyyətlərdən məhrum olan insanlar isə təkcə yüksək qazanclı falçılığı təbliğ etmir, həm də real həyatda falçılıqla məşğul olurlar.Narazı rayon sakinlərinin verdiyi informasiya əsasında İqr Dadaşeviçin fəaliyyəti barədə daha ətraflı məlumat əldə etmək istəyərkən öyrəndik ki, bu adam hətta, falçılıqdan əldə etdiyi qazanc hesabına dəyəri milyonlarla manata hesablanan mülklərə sahibdir. Bizim söylədiyimiz falçılıq, ekstrasenslik və dua yazmaq kimi əməlləri isə İqr Dadaşeviç minlərlə adamın gözü qarşısında həyata keçirir. Mənbənin məlumatına görə, vətəndaşları aldadaraq onların ailəsini, mülkünü dağıtmaqla insanların etibarından sui istifadə edib başqa dinlərin kitablarını yaymaqda davam edir. İnsanlar arasında islam dininnə nifrət və inamsızlıq zəminində fikirlərin formalaşdırılması kimi məlumatlar da verilən infomasiyalardandır. Dövlət tərəfindən qadağan olunan dini vəsaitlərin sözügedən baxıcı vasıtəsilə yayılması birbaşa dövlətə və dövlətçiliyə xəyanətdən başqa bir şey deyil. Biz də materialı tədbir görülməsi üçün Milli Təhlükəsizlik nazirliyinə, Daxili İşlər nazirliyinə və Baş Prokuror Zakir Qaralova ünvanlayırıq. Araşdırmalarımız davam edir.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.azerbaycaninfo.com
Yusif Heydərov