www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » Nazir mobil danışıq tariflərini aşağı salacaq

Nazir mobil danışıq tariflərini aşağı salacaq

Bölmə: Xəbər Lenti
Nazir mobil danışıq tariflərini aşağı salacaq
Əli Abbasov bildirib ki, mobil operatorları buna məcbur edəcəklər

Azərbaycan “Azərbaycandakı mobil operatorlar danışıq tariflərinin aşağı salınması üçün razılıq vermir”.
Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mobil operatorlar arasında trafiklə mübadilə tarifləri ilin əvvəlində azalıb:

"Bu, son istifadəçiyə göstərilən mobil rabitə xidmətlərinin tariflərinin azalmasına təsir etməlidir. Ancaq təəssüf ki, hələlik bu, baş vermir. Hesab edirik ki, bu, yolverilməzdir, çünki tariflərin tənzimlənməsi Tarif Şurası və Nazirlər Kabineti səviyyəsində həyata keçirilir. Biz qanunvericilik bazasından istifadə edərək operatorlar arasında trafik mübadiləsi tariflərinin dəyərinin müəyyən olunmuş qaydalara uyğun gəlməsi üçün məcburi tədbirlər görəcəyik. Bu isə Azərbaycanda mobil rabitə xidmətləri tariflərinin azalmasına mütləq təsir göstərəcək".