SON DƏQİQƏ

“Namus” qətlinə görə ataya 9 il həbs kəsildi

Tarix:31-08-2020, 14:04

Məhkəmə hökmü avqustun 28-də ölkənin şimalındakı Gilan vilayətində elan olunub. Qızın anası isə hökmə yenidən baxılaraq dəyişdirilməsini, cəzanın "edam”la əvəzlənməsinə çağırıb. Xəbəri ILNA agentliyi yayıb.

"Ədliyyə hakimiyyətinin bu işi ‘xüsusi’ adlandırmasına baxmayaraq, hökm məni və ailəmi dəhşətə gətirib”, – qızın anası Rana Dashti agentliyə deyib. Dashti indi ailəsinin qalan üzvləri üçün qorxduğunu söyləyib.

 

İran Prezidenti Hassan Rohani mayın 21-də qızın qətlindən sonra təəssüfünü bildirmiş, zorakılığa qarşı bir neçə qanun layihəsinin qəbulunu sürətləndirməyə çağırmışdı.

İran mediasının yazmasına görə, atası Romina-nı özündən 15 yaş böyük kişiyə ərə verməkdən imtina edəndən sonra qız evdən qaçıb.

Romina saxlanaraq evə qaytarılıb. O, hakimə deyibmiş ki, evə qayıdarsa həyatı üçün qorxur.

Qız evə qayıdandan sonra Gilandakı evlərində yuxuda ikən atası başını kəsib.

Romina-nın ailə qurmaq istədiyi kişi isə iki il həbsə məhkum edilib, konkret nədə ittiham olunduğu açıqlanmayıb.

İranda "namus” qətllərinə görə 10 ilədək həbs kəsilir. Digər qətl hadisələri isə ya ömürlük həbs, ya da ölümlə cəzalandırılır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ