SON DƏQİQƏ

Hürən itə mane olmaq qadağan edildi - SENSASİON HUMANİZM...

Tarix:11-01-2018, 23:50

İsveçrə höküməti insanların heyvanlar aləminə daha humanist yanaşması məqsədilə veterinar qaydaları haqqında qanunvericiliyə bir sıra düzəlişlər edib.

Xüsusilə hökümət saytında yerləşdirilmiş sənəddə göstərilir ki, bundan sonra it sahiblərinə it hürərkən tətbiq etdikləri avtomatik qurğulardan istifadə etmək qadağan olunur.

Eyni zamanda İsveçrəyə qeyri-leqal olaraq gətirilmiş itlərin ticarətinin də qarşısını alan əlavə tədbirlər qəbul olunub. İndi it satışı haqqında elanlarda həm öz ünvanın, həm də itin mənşəyi haqqında məlumat olmalıdır, çünki bundan sonra heyvan haqqında bütün informasiya mərkəzi bazada yerləşdiriləcək.

Sənəddə əlavə dəyişikliklər xərçəngkimilər haqqındadır. Xərçəngkimilərin diri-diri isti suya salınması qadağan olunur. Xərçəngkimilərin öldürülməsindən əvvəl qabaqcadan onların qulağını batırılması qanunlaşdırılıb. 

Bir qadağa isə heyvanların kiçik qəfəslərdə saxlanması haqqındadır. Bundan sonra İsveçrədə satıcılar   hansı heyvanın hansı qəfəsdə saxlanması haqqında alıcılara yazılı məlumat verməlidirlər.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ