SON DƏQİQƏ

Yol layihəsi dayanıb, işçilər məzuniyyətə göndərilib? - AAYDA-dan açıqlama

Tarix:19-08-2020, 15:40

"Uzunluğu 150 kilometr olan, tam istifadəyə verilməsi 2021-ci ilin ikinci yarısında nəzərdə tutulan Bakı-Quba-Rusiya dövlət sərhədi ödənişli yolunda tikinti işləri dayandırılıb. Bununla əlaqədar olaraq yüzlərlə işçi qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilib. Pandemiya dövründə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinin səbəbi açıqlanmır".

"AzPolitika.info" xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə məlumat verib. O, qeyd edib ki, sözügedən yolun əsas hissəsində tikinti işlərini ölkədə çoxsaylı layihələrin podratçısı olan "Azvirt" MMC digər şirkətlərlə birgə həyata keçirir.

""Azvirt" MMC-nin səhmlərinin 30 faizi, "Martin Beteiligungs GmbH & Co KG", (Almaniyada qeydiyyatdan keçib), 25 faizi "Falcom Holding s.a.r.l", (Lüksemburqda qeydiyyatdan keçib), 25 faizi Elnur Əliyevə, 20 faizi isə "Walz GmbH & Co KG", (Almaniyada qeydiyyatdan keçib) məxsudur. Son maliyyə hesabatından məlum olur ki, şirkətin ötən il ərzində cəmisi 602 min manat xalis mənfəəti olub" - deyə iqtisadçı vurğulayıb.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbsinin rəhbəri Anar Nəcəfli "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki, həmin layihəni AAYDA-nın sifarişinə uyğun olaraq podratçı şirkət icra edir.

"Podrat müqaviləsinə əsasən 2021-ci ilin sonuna qədər tikinti işlərini yerinə yetirməlidirlər. Biz sifarişçi olaraq onların işçi götürmək və ya çıxartmaq məsələlərinə qarışa bilmərik. Bu onların özəl şirkət olaraq daxili işləridir".- deyə A. Nəcəfli qeyd edib.

O, daha sonra bildirib ki, AAYDA-nın sədri Saleh Məmmədov podratçı şirkətin rəhbərləri ilə əlaqə saxlayıb məsələ ilə maraqlanıb: "Şirkət rəhbərləri əmin edib ki, heç bir işçi ödənişsiz məzuniyyətə göndərilməyib. İşçilər tam tərkibdə işdədirlər və iş də davam edir”.



скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ