SON DƏQİQƏ

Bu ölkə xaricilərə uşaqları övladlığa götürməyi qadağan etdi - SƏBƏB...

Tarix:11-01-2018, 23:03

BBS-yə istinadən  Efiopiya hakimiyyəti uşaqlara yaxşı baxılmayacağından ehtiyat etdiyi üçün xaricilərə uşaqların övladlığa götürülməsini qadağan edib.  Nəşr xatırladır ki, Bred Pitt və Ancelina Coli məhz bu ölkədən uşaqları övladlığa götürənlərdəndir.

Qeyd edilir ki, ABŞ vətəndaşları üçün Efiopiya uşaqları övladlığa götürülən ən populyar ölkələrdən biridir. 1999-2016  illərdə amerikalılar bu ölkədən 15 mindən çox uşağı övladlığa götürüb. Bundan başqa İspaniya, Fransa və İtaliya ailələri də il ərzində bir neçə yüz efiopiyalı uşağı övladlığa götürüb.

Amma bir qrup hüquq müdafiəçiləri dəfələrlə bildiriblər ki, bu ölkədə  insan alveri ilə məşğul olanlar övladlığa götürmə problemindən gəlir götürürlər. Bu diskussiyaya səbəb həm də 2013-cü ildə efiopiyalı qızın qətlinə səbəb olan amerikalı cütlüyün etirafları olub.

Yerli parlamentin deputatları bildirir ki, yetim uşaqları yerli şəraitdə qoruyub müdafiə etmək lazımdır. Eyni zamanda deputatlar qeyd edir ki, ölkədə bu işlə məşğul olan xidmətlər kifayət qədər deyil.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ