SON DƏQİQƏ

21 yaşlı oğlanı at təpiklə vurdu - Xərçəng xəstəliyi müalicə olundu..

Tarix:8-12-2018, 13:45

At peşəkar İrlandiyalı bir jokeydə onkoloji xəstəliyin ortaya çıxaraq müalicə olunmasına şərait yaradıb.

 

  Rusiya mediasına istinadla xəbərə görə,  21 yaşlı Ryan O'Konnor Avstraliyada işləyərkən onu Karlaki Miss adlı bir yarışçı atı təpiklə vurub. Zərbədən sonra gənc bel ağrısından əziyyət  çəkməyə başlayıb və həkimlərə müraciət edib. Müayinə zamanı ona sidik sistemində 9 sm-lik onkoloji şiş diaqnozu qoyulub. Ona qədər o, özünü sağlam hiss edib və heç bir şikayəti olmayıb.

 

Bu minvalla 21 yaşlı gənc  əməliyyat edilib və sidik kisəsindəki şiş çıxarılıb. Radioterapiya kurslarından  sonra həkimlər adamın tamamilə sağlam olduğu qənaətinə gəlib. Lakin müəyyən edilib ki, əgər at jokeyi zədələməsəydi, o, bədənindəki şişdən xəbərsiz qalacaq və ilkin mərhələdə müalicə imkanından məhrum olacaqdı..

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ