SON DƏQİQƏ

Ermənistanda dizel yanacağı, benzin bahalanıb

Tarix:5-01-2018, 20:59

Yanvarın 1-dən Ermənistanda benzinin, dizel yanacağının və avtomobillər üçün sıxılmış qazın qiyməti 10-15% artıb.

Bir ay öncə AI-92 markalı benzinin litri 390 drama (80 sent) satılırdı. Bu günsə bu benzinin litri 430 dramdır (1 manat 50 qəpik). Dizel yanacağının qiyməti 390 dramdan 440 drama qalxıb.

Üstəlik, avtomobillər üçün qaz da bahalanıb, indi sürücülər sıxılmış qazın bir kubmetrinə 210-220 dram ödəməlidirlər. İlin sonunda bu yanacağın kub metri 180-190 drama satılırdı.

MİNİMUM ƏMƏKHAQQI VS. İSTEHLAK SƏBƏTİ

Taksi və mikroavtobus sürücülərinin reaksiyası bəllidir. "Bunun çox pis nəticələri olacaq və hər şeyin qiymətini qaldıracaq”, – bir sürücü Azatutyun radiosuna deyib.

Radionun erməni xidməti qeyd edir ki, ölkədə inflyasiyanın mövcudluğuna baxmayaraq, hakimiyyət artıq bir neçə ildir pensiya və minimum əməkhaqqını qaldırmaqdan imtina edir. 2018-ci ildə də durum dəyişməyəcək.

Sonuncu dəfə minimum əməkhaqqı 2015-ci il iyulun 1-də qaldırılıb. Hazırda Ermənistanda minimum əməkhaqqı 55 min dram, yaxud indiki kursla 113 ABŞ dollarıdır.

Milli Statistika Xidmətinin məlumatına görə, 2017-ci ilin üçüncü rübündə minimum istehlak səbəti 55 min 591 drama bərabər olub.

İqtisadçı Mesrop Arakelyan deyir ki, yanacağın bahalanması aztəminatlı ailələrə təsirini göstərəcək və istehlakçılar üçün əlavə yükə çevriləcək.

Ermənistanda bu ilin ilk iş günü yanvarın 8-nə düşür deyə, Azatutyun radiosu dövlət qurumlarından açıqlama ala bilməyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ