SON DƏQİQƏ

“Yaxşı yemək bişirir, amma dövlət sirrini...”

Tarix:15-12-2017, 15:06

"Müddətdən artıq hərbi xidmət keçənlər orduda çox əziyyətlə xidmətini başa vurur. Ümid edir ki, nə vaxtsa orduya qayıda bilər. Görür ki, qonşuda yaşayan şəxs artıq hərbi formadadır. O, müddətdən artıq hərbi xidmət edir. Ancaq 3 il başa çatmamış həmin şəxs ordudan uzaqlaşdırılır”.

Bu təkliflə deputat Naqif Həmzəyev "Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib. O bildirib ki, bu məsələdə nəzarət mexanizmini gücləndirməliyik: "Dövlət Təhlükəsizlik Xidməti, yerli polis orqanları, icra  hakimiyyəti buna nəzarət etməlidir ki, həmin şəxslərin seçilməsində səhvə yol verməyək. 

Çox yaxşı haldır ki, orduda bu gün xidmət edən digər vətəndaşlarımız var. Onlar yeməklərin bişirilməsində hərbçilərə qulluq göstərən mülki şəxslərdir.  Bunların da orduya qəbulunda nəzarət gücləndirilməlidir. Təsəvvür edin ki, çox yaxşı yemək bişirən xanımdır. Ancaq onun nə dərəcədə dövlət sirrini qoruyub qorumayacağını bilmirik. Nəticədə biz ziyan çəkirik. Qanunun 10- cu maddəsində bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ