SON DƏQİQƏ

Seyidcahanı da deputat edə bilmədik.. “arvadını hamamda yad kişi ilə tutmasını Xoşqədəmə, ya Zaura açan kişi”

Tarix:13-02-2020, 00:43

"Axır ki, bütün səyləri cəmləşdirdik- Heyif ki, Elzanı deputat edə bilmədik...”

"Dünya koronavirusa qarşı maska tapmır, bizim korrupsionerlər gündə bir maska taxırlar..."
7 cümlədə 7 dərd...


 

"Uçan boşqab”, "ərini qoyub qudası ilə qaçan arvad”, "arvadını hamamda yad kişi ilə tutmasını Xoşqədəmə, ya Zaura açan kişi” kimi boş, bayağı xəbərləri tirajlamaqla həm başımızı qatıb, həm əqidəmizi pozub qabağımızdakı boşqabları da öz qabaqlarına çəkərək yeyib boşaldırlar - heç xəbərimiz də olmur...  

***

"Şərəf” orden, medal adı olaraq dırnağa alınandan  dünyada şərəfsizlərin sayı artmaqdadır... 

***

Axır ki, sovet-bolşevik dövründən, Stalinin "37”-sindən bəri "Kommunist” qəzetinin səhifələrini bəzəyən şüarı onu "Xalq qəzeti” əvəzləyəndən sonra həyata keçirməklə bütün səyləri cəmləşdirdik, amma bircə heyif ki, Elza Seyidcahanı da deputat edə bilmədik...

*** 

Keçmiş Lenin adına kolxozun əməkdar çobanı Qədimalı kişi maraqla soruşur: "Ay qadanızı alım, o deputat mandatını neçəyə özəlləşdirirlər? Hesabını deyin, camışdan-danadan, qoyun-keçidən satıb pulunu düzəldim, mən də 10-15 illik birini özəlləşdirib özümə bir gün ağlayım...”

***

Məşhur pambıqçı Xeyrənsə bajıya sovet hökuməti zorla qucaq-qucaq pambıq topladırdı, amma indi azad və müstəqil şəkildə bülleten topalayır...

*** 

Dünya koronavirusa qarşı  maska tapmır, bizim korrupsionerlər  xalqın başını aldadıb qatmaq üçün gündə bir maska taxırlar...

*** 

"Beynəlxalq güclər Azərbaycandan nə istəyir?” sualına cavab tapmamışdan öncə "Xalq bu məmləkətin başbilənlərindən nə istəyir?” sualını doğru, dürüst, vicdanla cavablandırmaq gərəkdir...

Sultan Laçın
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ