SON DƏQİQƏ

'Oqtay Gülalıyevə süni nəfəs verəcəklər…'

Tarix:30-10-2019, 10:53

Xanımı: «Oqtay bəyə süni nəfəs verəcəklər…»

Oktyabrın 29-da avtomobil qəzası nəticəsində xəstəxanaya yerləşdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Bu barədə  hüquq müdafiəçinin xanımı Firəngiz Gülalıyeva məlumat verib. O bildirib ki, həkimlərin sözlərinə görə, onun beyninə qansızma genişlənib, sol tərəfi işləmir. «Oqtay bəyə süni nəfəs verəcəklər, çünki özü nəfəs ala bilmir. Vəziyyət çox kritikdir. MRT-dən keçiriləndən sonra daha dəqiq bilinəcək», - Gülalıyeva bildirib.

«Turan» agentliyinin xəbərinə görə isə, Səhiyyə Nazirliyindən onlara bildiriblər ki, oktyabrın 29-da 1 saylı Klinik Xəstəxanasına çatdırılan O.Gülalıyevə ilkin diaqnoz kimi kəllə sümüyünün sınığı və beyin zədələnməsi qoyulub: «Lakin dünən axşam, oktyabrın 29-da Gülalıyevin qohumların xahişi ilə o, özəl klinikaya aparıldığına görə onun indiki vəziyyəti barədə nəsə deyə bilmərik».

O.Gülalıyevin hazırda müalicə aldığı «City Hospital»dan isə bildiriblər ki, reanimasiyada olan pasiyentlər barədə məlumatı yalnız baş həkim verir: «Bir qədər sonra zəng vurub ondan soruşa bilərsiniz».

Hüquq müdafiəçisi özəl klinikaya yerləşdirilib

Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-dan 30-na keçən gecə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzdən özəl klinikalardan birinə köçürülüb.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin yaxınları məlumat verib.

Onların deməsinə görə, O.Gülalıyev kəllə-beyin xəsarəti alıb.

Yaxınları bildirib ki, klinik mərkəzin həkimləri hüquq müdafiəçisinin sağlıq durumu barədə, hələlik, açıqlama verməyiblər.

Oqtay Gulaliyevi maşın vurub

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.

Şahidlərin sözlərinə görə, hadisə Gülalıyev yolu keçərkən baş verib. Onların vurğulamasına görə, qəza baş verəndən sonra avtomobil sürücüsünün özü onu xəstəxanaya çatdırıb.

Yaxınlarının AzadlıqRadiosuna verdikləri məlumata görə, hüquq müdafiəçisi 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib və müayinədən keçirilib. "MRT-dən keçirilib, həkimlərin sözlərinə görə, başından xəsarət alıb. Müayinələr davam etdirilir. Hazırda həkimlərin nəzarətindədir", yaxınları deyib.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

Bu gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitə "İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

O, oktyabrın 29-da bu hadisədən öncə AzadlıqRadiosuna demişdi ki, son illər Azərbaycanda işgəncə halları ilə bağlı şikayətlər artıb:

"İşgəncələrin polis təcridxanalarında, saxlanma yerlərində, hətta hərbi bölmələrdə baş verdiyi bildirilir. Bizim bu kampaniyanın məqsədi işgəncə siyasətinə etiraz etməkdir” - deyə o qeyd etmişdi.

Hüquq müdafiəçisinin sözlərinə görə, kampaniya çərçivəsində bir sıra tədbirlər görüləcək.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.

Xatırlatma

Oqtay Gülaliyev 2012-ci il aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutka həbs cəzası almışdı.

Həmin ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılmışdı.

Sabirabad Rayon Məhkəməsi Gülalıyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

Aprelin 20-də onu Bakıya - 3 saylı Şüvəlan İstintaq Təcridxanasına gətiriblər. İyunun 13-də isə azadlığa buraxılıb. Oqtay Gülalıyevin dediyinə görə, azadlığa buraxılsa da, uzun müddət cinayət işi ləğv edilməyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ