SON DƏQİQƏ

'Onlarla ev ziyan görüb, məişət avadanlıqları sıradan çıxıb'-Media icmalı

Tarix:26-08-2019, 11:11

 həyətlərə, evlərə dolmasının qarşısını almaq mümkün olub: «Nəticədə onlarla ev ziyan görüb, həyətlər indiyə qədər palçıq içindədir, məişət avadanlıqları sıradan çıxıb. Sakinlər «Azərsu» ASC-dən kompensasiya tələb edirlər».

Yazıda bir sakinin dili ilə isə vəziyyət belə təqdim edilir: «Hamam, tualetin divarı çöküb, otaqların hamısı palçıq içindədir. Əgər 5-10 dəqiqə gec gəlsəydilər, evlər gedəcəkdi».

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı musavat.com-a bildirib ki, hadisə gecə saat 00:30-da olub, su qəbulu zamanı xətdə texniki nasazlıq yaranıb, amma qısa müddətdə texniki nasazlıq aradan qalxıb.

Pirallahı Sənaye Parkı
Pirallahı Sənaye Parkı

Sənaye məhəllələri

«Azərbaycan» qəzetində «Sənaye məhəllələri yerli sahibkarlara geniş imkan yaradır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, sənayeni inkişaf etdirmək məqsədilə ölkədə yüzlərlə kiçik, orta və iri müəssisə yaradılıb. Yazıda vurğulandığına görə, bununla yanaşı, nəhəng sənaye istehsalı sahələri olan texnoparklar da fəaliyyət göstərir: «Texnoparklar həm ərazisinə, həm də burada yerləşən müəssisələrin sayına və istehsal etdiyi məhsulların növünə görə sənaye nəhəngidir. Digər sənaye birlikləri - sənaye məhəllələri texnoparklardan fərqli olaraq kiçik və yığcamdır. Burada əsasən yerli xammaldan istifadəyə üstünlük verilir. Lakin texnoparklardakı kimi, sənaye məhəllələrində də yüksək texnologiyalardan istifadə edilərək keyfiyyətli məhsul istehsal olunur».

Yazıda bildirilir ki, regionlarda yaradılan 9 sənaye parkı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb: «Nəzərdə tutulan 6.4 milyard manat sərmayədən artıq 5.7 milyard manatı faktiki olaraq qoyulub. Həmin layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyətə başlaması sayəsində həmin müəssisələrdə 1.5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlığı xarici bazara göndərilib».

Yazıda daha sonra ayrı-ayrı sənaye məhəllələri haqqında bilgi verilib. Sonda da 2016-cı ildə yaradılan Masallı Sənaye Məhəlləsindən bəhs edilir: «İlk mərhələdə burada mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsal olunur. Ümumiyyətlə, bu sənaye məhəlləsində sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri açılıb»

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ