SON DƏQİQƏ

Erməni yazıçısı Azərbaycana atdığı böhtana görə qrant aldı

Tarix:15-04-2019, 12:07

ABŞ-da yaşayan erməni yazıçısı Anna Astvatsaturian Turcotte Azərbaycana atdığı böhtana görə qrant alıb. 

bu barədə adıçəkilən erməni "ziyalısı” özünün sosial şəbəkədəki hesabında məlumat verib.

Xatırladaq ki, ermənilərin son 30 ildə azərbaycanlılar tərəfindən guya soyqırıma məruz qaldığnı bildirən, Bakıda, Sumqayıtda və digər şəhərlərdə ermənilərin kütləvi şəkildə məhv edildiyini iddia edən erməni yazıçısı, bir müddət bundan öncə "qurbanların xatirəsinə” Ermənistanın Talin şəhərində meşə salmağı təklif edib və bu istiqamətdə müəyyən addımlar atıb. Salınan meşə zolağını genişləndirmək və bu qondarma kampaniyaya əlavə tərəfdaşlar cəlb etmək üçün səylərini davam etdirən A. Turcotte, məlum ideyanı inkişaf etdirmək üçün qrant aldığını bildirib. Erməni yazıçısı qrantın hansı qurum tərəfindən verildiyi haqında məlumat verməsə də, bu günə qədər məlum layihənin həyata keçirilməsində Ermənistan və dünyadakı bir sıra qurumların, eləcə də ABŞ-ın Massaçusets əyalətində yerləşən Ermənistan Ağacı Layihəsinin dəstəyindən istifadə etdiyini bildirib.

Xatırladaq ki, Azərbaycan xalqına qarşı son bir əsrdə bir neçə dəfə soyqırım həyata keçirən ermənilər son illər ölkəmizə qarşı müxtəlif soyqırım iddiaları irəli sürməkdə, beynəlxalq ictiamiyyəti yeni yalanlar vasitəsi ilə aldatmağa çalışmaqdadır. Azərbaycadna yaşayan ermənilərin 90-cı illərdə azərbaycanlılar tərəfindən zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iftiralar da bu qəbildən olan yalanlar sırasındadır. Bu cür yalanlarla bağlı həyata keçirilən kampaniyaların beynəlxalq donorlar tərəfindən maliyyələşməsi, bu kampaniyalara qrantların ayrılması isə sadəcə təəssüf doğurur.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ