SON DƏQİQƏ

Valideyndə olan irsi xəstəliklərin sizə keçməməsi üçün, bunları bilməlisiniz – ARAŞDIRMA

Tarix:6-12-2018, 23:34

Xəstəliyin irsən keçməsinin qarşısı bu cür alınmalıdır

Tibb elmindən məlumdur ki,  bəzi xəstəliklər insana irsən keçir. Amma, tibb elmi bugünədək izah edə bilmir ki, valideynlərdə olan xəstəlik niyə övladlardan hamısına deyil, məhz birinə keçir? Necə etmək olar ki, xəstəlik  irsən keçməsin? Övlad, valideyndə olan irsi  xəstəlikdən necə yayına bilər? Bu suallarla əməkdaşımız psixoloq, elmi-lədun bilicisi Paşa Yaquba müraciət edib və çox maraqlı cavablar alıb.  Həkimin cavablarını moderator.az saytının oxucularına təqdim edirik: 

 - Araşdırmalarımız və həkimlik təcrübəmiz  göstərir ki, bütün xəstəliklərin özülünü (fundamentini) neqativ enerji təşkil edir. Yəni, xəstəliyi binaya bənzətsək, onun fundamenti neqativ enerjidir. Ona görə də bir çox xəstəliklər müalicəyə tabe olmur və irsən övlada ötürülür. Bu cür hallar kimyəvi dərmanların neqativ enerjiyə təsirinin olmaması ilə əlaqədardır. İndi qayıdaq sizin sualınıza ki, valideyndə olan xəstəlik övlada necə keçir? İlk öncə başlayaq anadan keçən xəstəlikdən. Qeyd edim ki, anada olan xəstəliklər və digər sinir problemləri (əsəb, qorxu, baş, onurğa və s. ağrılar) hamiləlik dövrü qabarmağa başlayır. Yuxarıda qeyd etdim ki, bu kimi problemlərin hamısının kökündə neqativ enerji dayanır. Fizikanın qanununa görə enerji heç vaxt itmir, bir haldan başqa hala, birindən digərinə keçir. Hamilə qadında olan, virus xarakterli bu qara enerji mütləq şəkildə bətndəki uşağa ötürülür. Nəticədə uşaq doğulandan sonra, ana özünü çox yüngül və ağrısız hiss edir. Tibb elmi bu yüngüllüyü uşağın doğulması ilə bağlasa da, əslində belə deyildir. Araşdırmalarımız göstərir ki, bu yüngüllük neqativ enerjinin anadan uşağa ötürülməsi və uşaqla bərabər bədəndən xaric edilməsi ilə əlaqədardır. Nəticədə, anada olan bütün xəstəliklərin, əsəbin, qorxunun... kodları yüklənmiş bir uşaq dünyaya gəlir. İlk yaşlarda uşaqda neqativ enerji  özünü göstərməyə bilər. Bəzi ağır hallarda uşaqda 3-4 yaşdan sonra əsəb, sinir pozğunluğu, qorxu, həyəcan və s. kimi biruzə verir. Yüngül hallarda isə, uşaq yetkinlik yaşına çatanda, cinsəl oyanış baş verəndə  bu enerji özünü qabarıq şəkildə göstərməyə başlayır. Bu vaxt, ananın gənclikdə keçirdiyi bütün neqativ hallar və ağrılar, xəstəliklər uşaqda görünməyə başlayır. Nəticədə, uşaq ananın taleyini yaşayır, xəstəliklərinin irsi daşıyıcısına çevrilir...

- Doktor, bu hallar əsasən, hansı uşaqda özünü göstərir? Ola bilərmi ki, ananın xəstəliyi uşaqlardan birinə keçsin, digərinə keçməsin? 

- Neqativ enerjinin bu cür ötürülməsi ən çox birinci uşaqda baş verir. Çünki, ana ilk hamiləliyinə qədərki illərdə  ətraf mühitdən yığdığı neqativ enerjiləri (ağrıları və xəstəlikləri) əsasən birinci uşağa ötürür. Sonrakı hamiləlik dövrlərində analar nisbətən yüngülləşmiş olurlar ki, nəticədə doğulan uşaqlar da əsasən sakit, əsəbsiz və ağrısız olurlar. Lakin, bəzi hallarda bunun əksi də görünə bilir. Yəni, ana birinci hamiləliyini normal keçirib, tam sağlam uşaq dünyaya gətirdiyi halda, sonrakı hamiləliyini gərgin keçirib, xəstə uşaq dünyaya gətirə bilir. Bu, o vaxt baş verir ki, anaya neqativ enerjinin yüklənməsi birinci doğuşdan  sonrakı illərdə baş verir. Kompyuterlərə virus göndərilməsinə bənzəyən  bu cür yüklənmə, bir çox hallarda qəsdən baş verir. Yəni, ətrafındakı paxıl insanlar anaya qəsdən neqativ enerji yükləyirlər ki, bununla da sonrakı hamiləlik dövrləri gərgin keçə və nəticədə  xəstə uşaq doğula bilir. Anada olan ağrılar və narahatlıqlar nə vaxtdan başlayırsa, onun irsən keçməsi də, həmin vaxtdan sonra doğulan uşaqlarda baş verir. Uşaq bətndə olanda bu xəstəliklərin virusu (enerjisi) ona yoluxur.  

-Paşa doktor, anada olan xəstəliklərin irsən keçmə mexanizmini şərh etdiniz, bəs, atadan övlada irsi xəstəliklər necə keçir? Bunun da bir mexanizmi varmı?

- Xəstəliyin atadan övlada ötürülməsi tam fərqlidir. Araşdırmalarımız göstərir ki, bu cür ötürülmə çox vaxt atanın ölümündən sonra baş verir. Yəni ata dünyasını dəyişəndən sonra, ondakı xəstəliyi yaradan neqativ enerji ölmür. Fizikanın qanunlarına uyğun olaraq, bu enerji (ağırlıq) övladlardan birinə ötürülür. 

-Maraqlıdır, hansı övlada ötürülür? Bəlkə atanın məsələn, on övladı var, bunların hamısınamı bu enerji ötürülür? Yoxsa, birinə ötürülür?

- Araşdırmalarımız göstərir ki, bu enerji öncə övladlardan birinə ötürülür. O övlada ötürülür ki, sağlığında ataya ən yaxın idi və atadan sonra ailənin yükü onun üzərinə düşür. Bu vaxt övladın vəziyyəti ağırlaşır. Baş, bel və s. yerlərində mütəmadi ağrılar olur. Qorxu (diksinmə), həyəcan, əsəb və s. sinir pzğunluqları müşahidə edilir. Bu halda aparılan kimyəvi müalicələr effektsiz olur. Müalicələr qismən effekt versə də, bir müddətdən sonra ağrılar təkrar baş qaldırır. Bu övlad, həmin nqativ enerjidən xilas olmadan dünyasını dəyişərsə, enerji digər, ona ən yaxın olan və ailənin yükünü çəkən digər övlada keçir... Beləliklə, xətəliklər irsən bu cür davam edir. 
(ardı var)
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ