SON DƏQİQƏ

Onlar heç kimi tanımırlar – nə valideynlərini, nə özlərini. Prozopagnoziya xəstələri necə yaşayırlar?

Tarix:13-03-2019, 17:42

Bir dəfə avtobusda bir qadın Boo James-ə əl edəndə o təccüblənmişdi və əgər həmin qadın onun anası olmasaydı, qadın hadisəni unudacaqdı.

Cardiff şəhərində yaşayan Boo prozopaqnoziyadan - üz aqnoziyasından əziyyət çəkir, doğmalarının və hətta özünün də üzünü tanımır. Bu James kimi insanlara kömək edə bilmək üçün Swansea Universitetində hazırda bununla bağlı geniş miqyaslı araşdırmalara start verilib.

Bu James deyir ki, uzun müddət özünü başqa planetdən gəlmiş biri kimi hiss edib: "Xəstəliyim haqqında düşünən kimi qanım qaralır, ona görə də heç düşünməməyə çalışıram. Bütün günü insanlarla bir yerdə olub onlardan hansıyla danışmalı olduğunu fikirləşmək adamı həm fiziki, həm də emosional olaraq çox yorur".

"Sadəcə tənbəllik"

Bu Ceyms insanların üz cizgilərini görmədiyini deyirFotonun müəllifiGETTY IMAGES
Image captionBoo James insanların üz cizgilərini görmədiyini deyir

Boo James xəstə olduğunu uzun müddət bilməyib və hər dəfə kimisə tanıya bilməyəndə, özünü qınayıb: "Mən elə hey bunun səbəbini tapmağa çalışırdım, amma ağlıma heç nə gəlmirdi. Sanki tənbəlliyimdən belə edirdim - onları tanımaq istəmirəm, onlarla maraqlanmıram, normal deyiləm yəni".

Televiziya kanallarının birində xəstəliyilə bağlı bir verilişə rast gələndə Boo-nun yaşı artıq qırxı keçmişdi: "Dərhal başa düşdüm ki, insanları tanımamağımın əsas səbəbi beynimin fiziki olaraq bunu bacarmamasıdır. Daha özümü danlamadım, problemi başqa tərəfdən həll etməyə çalışdım".

Boo James uşaq vaxtı da yaddaşsızlıqdan əziyyət çəkib - həmyaşıdlarını, dayələri, müəllimləri tanımayıb, buna görə özünü anormal biri hesab edib.

İndi onun 51 yaşı var, amma hələ də qohumlarını və dostlarını çətinliklə tanıyır. Məsələn, o, bir müddət əvvəl məzuniyyət vaxtı rastlaşdığı atasını da tanıya bilməyib.

"Bu yaxınlarda anam dedi ki, kompüterində köhnə şəkillər tapıb. Oturub bir yerdə baxmağa başladıq. Anam şəkillərdən birinin tarixçəsini danışmağa başlayanda sözünü kəsib "Bu kimdir ki" soruşdum, "Bu sənsən!" dedi".

Boo James həyat yoldaşını öz bələdçisi hesab edir, çünki tanışlarıyla rastlaşanda onların kim olduğunu Devi yavaşca Boo-ya xatırladır.

Devi baxdıqları filmin süjeti və personajlarını da tez-tez Boo-nun yadına salır, əks halda o, hadisələrin axarını dərk etməkdə çətinlik çəkir.

"Devi çox mərhəmətli və səbirlidir, təslim olmur. Amma bəzi filmləri yarıda saxlayırıq, çünki qəliz süjetlərin ardıcıllığını xatırlaya bilmirəm".

Eyni sifətli adamlar?

Bu Ceymc və Devi
Image captionBoo James film personajlarının üzünü unutduqca əri Devi (solda) süjeti anlamaqda ona yardım edir

Prozopaqnoziyadan əziyyət çəkənlərin beyni başqa insanların üzünü hansı şəkildə qavrayır?

Onlar bunu izah etməyin çətin olduğunu söyləyirlər.

Boo James üzün ayrı-ayrı hissələrini - ağzı, burnu, gözləri, qulaqları gördüyünü, amma onları vahid obraz olaraq bir araya gətirə bilmədiyini deyir: "Belə vəziyyət karyera üçün əlverişli deyil. Mən əvvəl pərakəndə ticarətdəydim, sonra qeydiyyat şöbəsində katibə işlədim". İndi o, yazıçıdır, evdə çalışır.

Xəstəliyinə görə insanlarla məhdud şərçivədə münasibət qursa da, Boo öz yaxınlarını tanıya bilmək üçün bir neçə üsuldan istifadə edir: "Mən hər kəs üçün bir identifikasiya dəsti formalaşdırmışam: saç düzümü, bəzək əşyaları, geyim tərzi, səs, danışmaq manerası, hətta ümumi siluet və bədən forması. Bunların köməyilə qarşımdakının kim olduğunu anlamağa çalışıram. Onu da deyim ki, başqalarıyla müqayisədə mən insanları arxadan daha tez tanıya bilirəm".

Mütəxəssislər hesab edirlər ki, Boo Jamesdəki qədər ağır formada olmasa da, hər 50 adamdan birində üzləri tanımama xəstəliyinin əlamətləri var.

Richard Warr
Image captionProzopaqnoziyanın yüngül formasından əziyyət çəkdiyini Richard Warr təsadüfən öyrənib

Gloucestershire Universitetində marketinq üzrə mühazirələr oxuyan Richard Warr da Cardiff sakinidir, onda da prozopaqnoziya var, amma daha yüngül formada.

Richard deyir ki, adətən, az tanıdğı adamların - bir neçə gün və ya bir neçə həftə bir arada olduğu şəxslərin üzlərini xatırlamağa çətinlik çəkir: "Bunun həyatıma elə də ciddi təsiri yoxdur. Amma yeni tələbələrlə və ya yeni adamlarla tanış olanda problem yarana bilir".

Yan keçməyin!

Con Tauler və Codi Deyvis
Image captionProzopaqnoziya ehtimalı olan şəxsləri John Tauler və Jodie Davis Thompson öz araşdırmalarında iştirak etməyə dəvət edirlər.

Sən demə, çox adam özündə belə bir xəstəlik olduğunu bilmir. Ona görə də Swansea Universitetinin alimləri mümkün qədər çox insanı öz araşdırmalarına cəlb etmək istəyirlə

Psixoloq John Tauler: "Bəzən belə şəxslər filmin süjetini izləməyə çətinlik çəkirlər. Onlar, tutalım, bütün personajları saçlı-saqqalı olan "Taxt oyunları" filminə baxanda kimin kim olduğunu və nələr baş verdiyini anlamaqda çətinlik çəkə bilərlər. Prozopaqnoziya haqqında daha çox şey bildikcə, insanlar bu xəstəliyin özlərində də olduğunu görməyə başlayırlar".

Prozopaqnoziyanın iki növü var: beyin travması nəticəsində sonradan yaranan və beyində bəzi neyron əlaqələri çatışmazılığının nəticəsi olan anadangəlmə prozopaqnoziya.

Araşdırma qrupunun digər üzvü Jodie Davis-Tompson da əsas problemin beyində olduğunu deyir: "Beynin məhz hansı hissəsində fəaliyyət pozuqluğu olduğunu anlasaq, onu aradan qaldırmağa başlaya bilərik. Biz prozopaqnoziya xəstəliyi olan şəxslər üçün bərpa proqramı hazırlamaq istəyirik.

Ümid edirik ki, beynin müxtəlif hissələri arasındakı sinir əlaqələrini çoxalda biləcəyik və bu, prozopaqnoziyadan əziyyət çəkən insanların üztanıma qabiliyyətini artıracaq".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ