SON DƏQİQƏ

Nigar Köçərli: ‘Kredit şərtlərindən dəhşətə gəlirəm’

Tarix:2-11-2018, 23:21

Azərbaycan, iş qurub, biznes açmaq üçün nə qədər əlverişlidir?

Dünya Bankı oktyabrın 31-də "Doing Business” (Biznes Qurmaq) adlı hesabatını açıqlayıb.

Sənəddə dünyanın 190 ölkəsində biznes qurmaq və mülkiyyət hüquqlarının qorunması indikatorları dəyərləndirilir. Azərbaycanın indeksi keçən ilə nəzərən 32 pillə yaxşılaşıb, O, dünyanın 190 ölkəsi arasında 25-ci yerdə qərarlaşıb.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, bu hesabat inkişaf dinamikasını göstərir, məsələn, ola bilsin ki, ABŞ həmin hesabatda ən axırıncı yerdə olsun, çünki son bir ildə biznes mühitini yaxşılaşdırmaq üçün tədbir görməyib:

"Bu reytinqin əsas məqsədi yalnız ölkə qanunvericiliyində baş verən dəyişikliklər və onların təsiridir. Nəticə etibarilə onlar göstərirlər ki, formal olaraq hər şey yaxşıdır. Əlbəttə ki, formal olaraq biz o reytinqdə artacağıq”.

Azərbaycanın 10 islahatçı ölkədən biri olmasına sahibkarlar nə deyirlər?

Hesabatda eyni zamanda elan edilib ki, Azərbaycan 10 islahatçı dövlət arasında birincidir, Türkiyə isə ikinci.

Bəs reallıqda, Azərbaycan sahibkarının günü necə keçir?

Nadir Şərbətov: Sahibkarlar üçün şərait yaradılsın. İndi deyilən şərait sözdədir.

Yerli məmurlar yuxarıdan deyəni icra etmir. Vergi idarəsi vergini qabaqcadan istəyir. Mal satılmalıdır, qazanc götürülməlidir, sonra vergi istənilməlidir.

Astarada qəbul olunan mal bir də Bakı gömrüyünə göndərilir, bu da əlavə xərcə səbəb olur axı.

Onillərlə əziyyət çəkib, yer almışam, icra hakimiyyət bir sərəncamla verdi başqasına. Ədalətli mıəhkəmə, mülkiyyət hüququnun qorunması bərqərar olmayana qədər sahibkarlığın inkişafından danışmağa dəyməz.

Bunlar Azərbaycanın regionlardan bəzi sahibkarların fikirləridir.

Bakıda "Əli və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli isə deyir ki, son bir neçə ildə sahibkarlıq mühiti nisbətən yaxşılaşıb, amma problemlər hələ də qalır. Məsələn, o, kredit şərtlərinin çətinliyindən şikayətçidir:

"Şərtlər çox çətindir. Mən 15 ildir ki, bu sahədəyəm, indiyə qədər bir qəpik də kredit götürməmişəm. Çünki həmişə qorxurdum. Şərtlərinə baxırsan, insan dəhşətə gəlir ki, mən bu pulu necə qaytaracam... Vəziyyət axı sabit deyil... İqtisadiyyatda islahatlar var, hər şey yaxşılığa doğrudur. Amma tam sabitlik yoxdur ki, inanasan ki, sən bu krediti götürəcəksən və sənin imkanın olacaq onu qaytarmağa. Özü də söhbət tək sabitlikdən getmir, banklar hədsiz yüksək faizlə kreditlər verirlər”.

Fikirlər haçalanır

Rəsmi "Azərbaycan” qəzeti isə bugün, noyabrın 2-i sayında, «Ən islahatçı prezident, ən islahatçı dövlət» başlıqlı yazıda isə, "Doing Business” reytinqində irəliləməyi hakimiyyətin uğuru sayır.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, Doing Business-in Azərbaycana verdiyi qiymət obyektivdir, ölkədə sahibkarlığa dəstək üçün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb, biznes adamlarına güzəştli kreditlər verilir, maarifləndirmə işi aparılır:

"Hazırda kiçik və orta sahibkarlığın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illərdə ölkədə qeyri-neft sektorunun keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına yönəlmiş genişmiqyaslı iş aparılır”.

İqtisadçı alim Qubad İbadoğlu isə deyir ki, hesabat reallığı əks etdirmir, çünki Dünya Bankının başqa institutları, məsələn, «Çoxölçülü Bağlantı İndeksi», Ümumdünya Hesabatlıq İndikatorları üzrə Azərbaycan ən aşağı yerlərdədir.

AzadlıqRadiosu bu barədə Bakı sakinləri ilə söhbət edib

Gözlə
 

No media source currently available

0:000:01:00 0:00
 

 

Doing Business hesabatında, Azərbaycanın qonşularından Gürcüstan 6, Ermənistan 41, Rusiya 31, İran 128-ci yerdədir.

Mövqeyini yaxşılaşdırmış digər ölkələr Əfqanıstan, Cibuti, Çin, Hindistan, Keniya və başqalarıdır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ