SON DƏQİQƏ

Neftin qiyməti büdcədə pessimist və optimist olmalı idi - Hesablama Palatası

Tarix:2-11-2018, 23:15

Gələn ilin dövlət büdcəsi "yalnız bir ssenari üzrə" proqnozlaşdırılıb və bu büdcə risklərinin qiymətləndirilməsini çətinləşdirir, Hesablama Palatasının 2019-cu ilin büdcəsi haqqında rəyində göstərilib.

Hesablama Palatası hesab edir ki, büdcədə valyutanın kursunun ABŞ dollarına nisbəti müxtəlif ssenarilər üzrə, məsələn, 1,70 manatla yanaşı 80 qəpikdən və 2 manatdan da proqnozlaşdırılması büdcə riskini azaldardı.

Qurumun rəyində yazılıb ki, "neftin qiyməti büdcədə təkcə sadə yox, yəni neftin 60 dollar qiymətləndirilməsi ilə yanaşı, həm də optimist - 100 və pessimist - 40 dollar ssenarilərdə işlənməliydi.

"Dövlət borcları büdcədə ağır yükə çevrilə bilər"

Hesablama Palatası hesab edir ki, dövlət zəmanəti ilə götürülən borc öhdəliklərinin bir hissəsini "icra orqanları ödəməlidir".

Qurum rəyində bildirir ki, dövlət zəmanəti ilə alınan borcların bir hissəsi Təminat Fondundan deyil, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Bu isə gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilə bilər.

Millət vəkili Vahid Əhmədov hesab edir ki, Hesablama Palatasının rəyi büdcə müzakirələri zamanı nəzərə alınmalıdır.

"Ancaq belə məsələlər həmişə olur və Hesablama Palatası həmişə belə rəylər verir. Başqa cür də mümkün deyil, çünki büdcənin artımla müəyyənləşdirilməsi qərara alınıb və neftin qiyməti də 60 dollar götürülüb. İndiki vəziyyətdə də neftin qiyməti 75 dollardan yuxarıdır, 2019-cu ildə bu rəqəm qorunub-saxlanacaq", Vahid Əhmədov BBC News Azərbaycancaya deyib.

ÜDM-in həcmi hansı mənbə hesabına artırlıb?

2019-cü ilin büdcə layihəsində ÜDM-in həcmi 819 milyon manat hesablanıb.

Vahid Əhmədov hesab edir ki, büdcədə diqqət yetirilməli əsas məqamlardan biri ÜDM-də artım proqnozudur.

"ÜDM-də 3,6 faiz artım hansı məhsulların hesabına olacaq, hansı istehsalın hesabına olacaq, bax, bu, sual doğuran məsələdir", Vahid Əhmədov sual edir.

ÜDM-lə bağlı ötən ilki proqnoz 768 milyon manat olub.

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır.

Büdcə layihəsində Azərbaycanın hazırkı xarici dövlət borcu 9,6 milyard dollar civarında göstərilib, ötən il isə bu məbləğ 7,2 milyard dollar olub.

2019-cu ilin büdcə layihəsi Milli Məclisə təqdim olunub.

Büdcədə neftin bir bareli 60 dollardan hesablanır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ