SON DƏQİQƏ

"Təcavüz edən direktorları arının siçanı basdırdığı kimi cəzalandırmalıyıq" - TƏHSİL EKPERTİ

Tarix:2-11-2017, 16:10



 


 

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbində direktorun 6-cı sinif şagirdinə qarşı seksual hərəkətlər etdiyinə görə həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri aksiya keçirib. Xatırladaq ki, ötən həftə ərzində orta məktəb direktorlarının təcavüzü ilə bir neçə xəbər yayıldı.

Maraqlıdır, aidiyyati qurumların bu tip xoşagəlməz hadisələrin qarşısının alınması ilə bağlı gördüyü işlər hansı səbəbdən səmərə vermir? Olmaya, başqa mübarizə üsulu seçilməlidir?
 A24.az-ın mövzu ilə bağlı suallarına sabiq deputat Şahlar Əsgərov aydınlıq gətirib.

Şahlar Əsgərov bildirib ki, bu tip xoşagəlməz hadisələrin qarşısını almaq üçün təhsil haqqında Qanuna dəyişiklik etmək lazımdır:

"Rəsmi qurumların bununla bağlı tətbiq etməli olduqları tədbirlər bizim qanunlarda var. Cinayət tərkiblidirsə, cinayət işi açılmalı, inzibati cəzalar verilməlidir. Bu kimi xoşagəlməz hadisələr təkcə təhsil sahəsində yox, cəmiyyətin bütün sahələrində baş verir. Son həftə mətbuatda gedən hadisələri oxuduqda, biabırçı faktlarla qarşılaşdıq. Ona görə ümumiyyətlə cəmiyyət haqqında düşünməliyik, cəmiyyətin mənəvi dəyərlərini bərpa etmək, gücləndirmək lazımdır.
Əgər görülən tədbirlər səmərə vermirsə, qanunvericilik orqanına, Təhsil Nazirliyinə müraciət etməliyik. Təhsil haqqında Qanunun hansısa maddəsinə dəyişiklik etsinlər, elə direktorlar ciddi cəzalansın. Çünki maddi dəyəri bir günə bərpa etmək olar, ancaq mənəvi dəyərlər – namus, vicdan, əxlaq min illərlə formalaşır. Bir geyimi, ayaqqabını korlayanı bağışlamaq olar, mənəvi dəyərləri korlayan adamlar isə ciddi cəzalandırılmalıdır. Min illərlə formalaşan mənəvi dəyərləri bir insanın məhv etməsinə yol vermək olmaz”.

Professor media qurumlarını da bu işdə dövlətə dəstək olmağa səsləyib:

"İcra başçılarının direktorları təyin etməsi ilə bağlı xeyli sayda məqalələrim var. Dəfələrlə qeyd etmişəm ki, icra başçıları məktəblərə restoran, obyekt kimi baxır. Bunlar cəmiyyətimizdə olan qüsurlardır və bu qüsurları Təshil Nazirliyi düzəltməyə çalışır. Əgər sürətlə aradan qalxmasını istəyiriksə, bu işdə mətbuat da hökumətə kömək etməlidir. Yaxşı məlumatları tirajlamalıdır, pis hadisələrin isə üstünü örtməlidir.
Sizə bir misal çəkim, arının pətəyinə yad heyvan, məsələn siçan düşürsə, arı həmin siçanı öldürüb bəramumla basdırır. Yəni, o xətanın üstünü örtür. Bizdə arı qədər şüur yoxdur ki, bəzi günahlarımızı basdıraq. Belə xəbərləri içimizdə basdırmalıyıq ki, erməni, rus və s. eşitməsin?! Bir dəliyə, xəstəyə görə bir qoşunu bada vermək olmaz. Antipotları təbliğ edirik, ona görə də sayları çoxalır. Bu, anormallıqdır, xəstəlikdir, belə xəstəliyi yaymaqdansa, üstünü örtmək lazımdır.
Təhsil Nazirliyi də bu iş üzərində gecə-gündüz fikirləşir. Sadəcə vəziyyət o həddədir ki, qaydaya salmaq xeyi vaxt tələb edir. Suyun içirəsinə zəhəri bir saniyədə salmaq olar, amma o suyu zəhərdən təmizləmək üçün on illərlə vaxt lazımdır. Təəssüf ki, suyumuzun içərisinə zəhər salınıb və indi əl-ələ verib o zəhəri çıxarmalıyıq”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ