SON DƏQİQƏ

Firudin Cəlilov: Müəllimin maaşı yaşamına bəs etmir

Tarix:13-10-2018, 21:50

Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilovla  müsahibə

Nikita Xruşovun zamanında müəllim sənətinə dəyər kəskin azalmağa başladı və bu tendensiya davam etdi.

Firudin Cəlilov: Müəllimlik Azərbaycanda həmişə müqəddəs sənət sayılıb. Valideynlər özlərindən sonra həmişə uşaqlarının mənəvi atası-anası kimi müəllimləri dəyərləndirib. Ötən əsrin 40-50-ci illərində ölkədə ən hörmətli vəzifə müəllimlik idi. Məsələn, kəndə kimsə gedəndə birinci müəllimin evini soruşardı, görüşləri müəllimin evində keçirərdilər. Məktəb kutsal (müqəddəs-red) bina sayılardı. Hətta 1945-47-ci illərdə müəllimlərin aylıq maaşı o qədər çox olub ki, 5-6 ailəni dolandıra bilib. Nikita Xruşovun (1956-1964-cü illərdə keçmiş SSRİ hökumətinin rəhbəri- red) zamanında müəllim sənətinə dəyər kəskin azalmağa başladı və bu tendensiya davam etdi.

 
 

No media source currently available

0:004:23 0:00
 

Azərbaycanda müəllim sənəti o qədər aşağılandı ki, indi çox adamın özünə müəllim deməyə üzü gəlmir. Bunun da səbəbləri var? Çünki müəllimləri çirkin işlərdə işlətdilər, müəllimlərə az maaş verdilər. Müəllim hazırlığı çox bərbad vəziyyətə düşdü. Son illərdə, elə vaxt olub ki, müəllim olmaq üçün sənəd verənlərin sayı barmaqla sayılıb. Halbuki qabaqlar müəllimlik sənətinə yiyələnmək üçün institutlarda böyük konkursar olardı. Bütün bunların səbəbi təhsilin səviyyəsinin aşağı düşməsi, müəllimə dəyər verilməməsi, müəllim kadrlarının doğru seçilməməsi, müəllimlərdən başqa çirkin işlərdə istifadə olunması və sairdir. Amma, bütün bunlara baxmayaraq Azərbaycanda çox dəyərli müəllimlər olub və yenə də var. Biz onların peşə bayramını təbrik edirik.

 Azərbaycanda müəllimlərin peşəkarlığının inkişafı üçün hansı işlər görülür?

Bizim övladlarımız müəllimin əlindən keçir. Çalışmalıyıq ki, müəllim sənətinə sayğı əvvəlki dönəmlərdəki kimi artsın.

Firudin Cəlilov: Azərbaycanda Müəllimlərin Təkmilləşdirilməsi institutu var, qurumlar var. Ancaq onların necə işlədiyi barədə xəbərim yoxdur. Nəticəyə baxmaq lazımdır. Müəllimlərin səviyyəsini görürsünüz? Müəllimlər cəmiyyətin həkimi sayılır. Bütün insanlar müəllimin əlindən gəlib-keçir. Müəllimin əlləri təmiz olmalıdır, vicdanı təmiz olmalıdır ki, cəmiyyət də təmiz olsun. Bu mənada müəllimliyin keçmiş şöhrətini, dəyərini qaytarmaq lazımdır. Bu bizim gələcəyimiz üçün çox önəmli bir məsələdir. Bizim övladlarımız müəllimin əlindən keçir. Çalışmalıyıq ki, müəllim sənətinə sayğı əvvəlki dönəmlərdəki kimi artsın. Bunun yollarını axtarmaq lazımdır. Bu deqradasiyanın qarşısını almaq lazımdır.

Hamı müəllimi xoş xatirələrlə yaddaşında yaşadır. Bəs müəllimin özü bu gün sosial cəhətdən necə yaşayır?

Firudin Cəlilov: Bir dəfə deputatlardan bir demişdi ki, müəllim yaxşı yaşaması üçün dərsdən sonra gedib fəhləlik etsin. Yəni müəllimə verilən dəyər budur. Müəllimin sosial vəziyyəti yaxşı deyil. Çünki aldığı maaş da bir maaş deyil. O maaşla müəllim öz yaşamını təmin edə bilmir. Ona görə də müəllimlərin çoxu ailəsini dolandırmaq üçün əsas iş yerindən başqa, tələbə hazırlamağa, bir neçə yerdə dərs deməyə məcbur olur.

Müəllimlərin cəmiyyətdə rolunun artırılması, cəmiyyətin simasına çevrilməsi üçün nə edilməlidir?

Firudin Cəlilov: Təbliğat lazımdır. Müəllimlərlə bağlı çatışmayan cəhətlər ortaya çıxarılmalıdır, tənqid olunmalıdır. Ölkənin tanınmış ziyalıları müəllim peşəsi ilə bağlı danışmalıdır. Təbliğat və bir də əmək haqlarının qaldırılması lazımdır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ