SON DƏQİQƏ

Cahangir Hacıyev "ikinci cinayət işi ilə bağlı materiallarla tanış olur"

Tarix:11-10-2018, 22:54

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və daha 25 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə BBC News Azərbaycancaya cənab Hacıyevin vəkili Aqil Layıcov məlumat verib.

O deyib ki, Cahangir Hacıyev hazırda cinayət materialları ilə tanış olur

Aqil Layıcov bildirir ki, Cahangir Hacıyev və daha 25 nəfərə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb.

Cahangir Hacıyev 2016-cı ilin noyabrında məhkəmə hökmüylə 15 il müddətinə azadlıqdan məhrum edilib.

O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə üzrə ittiham olunub.

Sabiq bank sədri Kürdəxanı müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Hazırda onun arvadı Zamirə Hacıyeva Londonda 21 milyon dollar xərclədiyinə görə gündəmdədir.

İngiltərədə Ali Məhkəmə ona sərvətinin mənbəyini izah etməyi əmr edib - əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ