SON DƏQİQƏ

Gənclər arasında ən populyar sosial media – Facebook deyil

Tarix:25-09-2018, 00:14

Əvvəllər nəsillər arasındakı fərqi daha yaxşı anlamaq üçün müxtəlif yaşlı insanların hansı TV proqramlarını izlədiyinə diqqət yetirilirdi. İndi isə onların hansı sosial medianı daha çox bəyəndiyinə fikir verilir.

Nüfuzlu data və araşdırma şirkəti olan eMarketer-in bir tədqiqatına görə, Facebook bütün demoqrafik qruplar arasında 1 nömrəli sosial media platformasıdır. Yalnız bir demoqrafik qrup istisnadır: yeniyetmələr.

Kreativlik

Yaşı 12-17 arasında olan uşaqlar arasında Facebook-dan istifadə səviyyəsinin ötən ilin fevralından bəri düşdüyü bəlli olub. Bu qrup başqa sosial media kanalına üstünlük verir. Söhbət Snapchat-dan gedir.

Əlbəttə, media seçimi məsələsində uşaqlar, onların valideynləri və nənə-babaları arasında zövq fərqinin olması qeyri-adi bir şey deyil. Müxtəlif demoqrafik qrupların zövqləri arasındakı fərqləri təkcə TV yox, həm də kino, jurnal və radio seçimlərində görmək olar. Əlbəttə, bu rəqəmsal dövrdə həmin media növlərinə çıxış tərzləri arasındakı fərqləri də nəzərdən qaçırmaq olmaz.

Maraqlıdır ki, bir çox illər ərzində bütün yaş qruplarının sosial media vərdişləri, əsasən, oxşar olub: onların hər birinin seçimləri arasında birinci yeri Facebook tutub. Ancaq Snapchat-ın ortaya çıxması ilə durum dəyişib. Snapchat uşaqlara çəkdikləri fotolara çoxsaylı filtrlər vasitəsilə kreativlik əlavə etmək imkanı verir. Üstəlik, bu çəkilən şəkillər (snəplər) dərhal yoxa çıxır. Bu isə çox şeyi valideynlərindən gizlətməyə can atan yeniyetmələr üçün çox vacibdir.

Sosial media
Sosial media

 

Facebook geridədir

eMarketer bildirir ki, bu il 16.4 milyon yeniyetmə Snapchat-dan istifadə edəcək. Qeyd edək ki, Facebook üçün bu göstərici 11.5 milyondur. Bu isə keçən ilkindən 600 min az istifadəçi deməkdir. Əslində, Facebook bu məsələdə Instagram-dan da geri qalıb. Bu il Instagram-dan istifadə edən yeniyetmələrin sayı 12.8 milyon civarında dəyərləndirilir.

«Hər iki platforma üçün hekayələr (stories) artım katalizatorudur. Ancaq bu, Facebook-a ən gənc istifadəçilərini qoruyub saxlamağa kömək edə bilmir. Yeniyetmələr Facebook-u tərk etməkdədirlər, yaxud da heç vaxt Facebook-da hesab açmırlar. Instgram-ın gəlirləri isə Facebook-un bu yaş qrupu arasındakı itkilərinin yerini doldura bilmir», – eMarketer-in proqnoz təhlilçisi Kristofer Bendtsen«Forbes» dərgisinə deyib.

Yəqin ki, ananızın, atanızın və babanızın hesabları olan platformada olsaz, bərkgedən görünməyə bilərsiz. Facebook-un ilk vaxtlarda, sadəcə, tələbələr üçün yaradıldığını nəzərə alsaq, bu, çox maraqlı durumdur.

eMarketer-ə görə, Facebook-un yeniyetmə istifadəçilərinin sayı 2022-ci ilədək quruca 9.3 milyona düşəcək.

 

No media source currently available

0:000:01:58 0:00
 

 

Digər yaş qrupları

Ancaq Facebook digər yaş qrupları arasında populyarlığını saxlamaqdadır. Bu platforma milleniallar (1980-2000-ci illər arasında doğulmuş nəsil) arasında hələ də populyardır. Ancaq X nəsli (1960-cı illərin ortaları – 1980-ci illər arasında doğulmuş insanlar) və Amerikada «Baby Boomers» (1946 -1964-cü illərdə doğulanlar, müharibədən sonrakı nəsil, yaxud doğum sayının kəskin artdığı dönəm – red.) adlanan daha yaşlı nəslin arasında Facebook istifadəsi azalıb. Buna baxmayaraq o, hər üç qrup arasında ən populyar sosial mediadır.

X nəsli arasında 45.1 milyon insanın Instagram istifadəçisi olduğu üzə çıxıb. Bu isə platformanın istifadəçilərinin ümumi sayının yarısı deməkdir. Instagram bu qrup arasında Facebook-dan sonra ikinci ən populyar sosial media platformasıdır. Facebook-un 58.5 milyon millenialı və 31.9 milyon «Boomer» nəslindən olan istifadəçisi olduğu bildirilir.

«Baby Boomer» nəsli arasında populyar sosial media platformalarından biri də Pinterest imiş. Onlar burada ev və təmirlə bağlı yeni ideyalar axtarırlar. Pinterest bu qrupun arasında ikinci ən populyar sosial media kanalıdır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ