SON DƏQİQƏ

Kibercinayətkarlar yeni texnikalar yaradırlar

Tarix:18-09-2018, 23:37

Kibercinayətkarlar qurbanlarını hədəfə almaqdan ötrü yeni kreativ texnikalar qəbul edirlər. Onlar bunu misilsiz sürətlə edir, hüquq-mühafizə orqanlarının onları aşkarlamamasından ötrü daim yeni metodlar axtarırlar. Avropol təşkilatı 2018-ci il üzrə İnternetdə Mütəşəkkil Cinayətkarlığın Dəyərləndirilməsi adlı hesabatını açıqlayıb.

Sinqapurda keçirilən konfransda açıqlanmış hesabatın yalnız bir məqsədi var: kibercinayətkarların sizi növbəti hədəfə çevirməsini önləmək.

Hesabatda deyilir ki, kibercinayətkarlar fidyəni əsas hücum alətinə çeviriblər.

İstifadəçilər mobil bank sisteminə keçdikcə mobil viruslardan istifadə də artır.

Kiberhücumları aşkarlamaq getdikcə çətinləşir.

Kriptovalyutaların təhlükəsiz olmadığı, cinayətkarların daha çox bu cür valyutaya əl atdığı vurğulanır.

Hesabatda qeyd olunan daha bir məqam uşaqların onlayn cinsi istismarıdır. Bu, kibercinayətkarlığın ən narahatedici məqamına çevrilməkdədir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ