SON DƏQİQƏ

Mətbuat yazır ki,Petrovla Bəşirov uğursuz əməliyyata görə "cəza" olaraq TV-ə çıxarılıblar

Tarix:16-09-2018, 22:35

Keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və qızı Yuliyanı zəhərləməkdə şübhəli bilinən Aleksandr Petrov və Ruslan Bəşirovun əməliyyatdan qabaq qaldıqları hotelə fahişə gətirdikləri və otaqda marixuana çəkdikləri bildirilir.

Məlumata görə qəztin əməkdaşları Petrov və Bəşirovun qaldıqları "City Stay Hotel”inin qonaqları ilə söhbətləşiblər.

Qonaqlar ətrafdan çətənə iyi gəldiyini və bütün gecə boyu onların otağından "seks səsləri” eşitdiklərini deyiblər.

AzadlıqRadiosunun Rusiya xidməti həmçinin "The Telegraph” a istinadla yazır ki, Petrovla Bəşirov Rusiya televiziyasına "cəza” olaraq çıxarılıblar.

Mənbənin yazdığına görə qəzet bu məlumatı Britaniya kəşfiyyatına istinadla yayıb.

Xatırladaq ki, hər iki şübhəli bu günlərdə "Rusiya bu gün” televiziyasına müsahibə verib və bu işdə əlləri olmadıqlarını, sadəcə Skripalın zəhərləndiyi Solsberi şəhərinə turist kimi getdiklərini deyiblər.

Mənbə yazır ki, onlar qeyri-peşəkarlığa görə cəzalandırılıblar. Məsələn: kadrların kameraya düşməsi, onların ictimai nəqliyyatdan istifadə etmələri, habelə ehtiyatsızlıq edərək "Noviçok” maaddəsi olan şüşə qabı Skripalın evinin yaxınlığında buraxmaq.

Ruslan Bashirov və Alexandr Petrov, Solsberi qəsəbəsində
Ruslan Bashirov və Alexandr Petrov, Solsberi qəsəbəsində

Hansı ki, həmin şüşə qab sonradan 44 yaşlı Don Sterces adlı xanımın ölümünə səbəb oldu.

Mənbənin yazdığına görə Rusiyanın xüsusi xitməti Olan "GRU” uğursuz əməliyyata görə rəqib kəşfiyyat xidmətləri tərəfindən tənqidə məruz qalıb.

Britaniya kəşfiyyatı hesab edir ki, bu Rusiya xüsusi xidmətlərinin "böhranda” olmasından xəbər verir.

Keçmiş rusiyalı casus Sergei Skripal və qızı Yulia martın 4-də Solsberidə skamyada huşsuz vəziyyətdə tapılmışdılar. Amma uzun müalicə və möcüzə nəticəsində sonda özlərinə gələ bildilər.

Böyük Britaniya hesab edir ki, bu işin arxasında Moskva durur.

London hesab edir ki, bu hücumu məhz Ruslan Boshirov və Aleksandr Petrov adlı Rusiya agentləri törədib və bu günlərdə onların fotolarını da yayıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ